SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sayt rəhbərlərinin NƏZƏRİNƏ! - 4000 manatadək CƏRİMƏ OLUNA BİLƏRSİZ

Sayt rəhbərlərinin NƏZƏRİNƏ! - 4000 manatadək CƏRİMƏ OLUNA BİLƏRSİZ

Tarix:

9-03-2018, 15:58

/ 1 187 dəfə oxundu.
Sayt rəhbərlərinin NƏZƏRİNƏ! - 4000 manatadək CƏRİMƏ OLUNA BİLƏRSİZ

“İstinad mədəniyyəti” ifadəsinin geniş istifadə olunduğu bir dövrdə hələ də istinadsız məlumat paylaşan media qurumları var. Bu, sadəcə qeyri-peşəkarlıq məsələsi deyil, həmçinin müəllif hüquqlarının pozulmasıdır.

Müəllif Hüquqları Agentliyi istinadsız xəbər paylaşımını qətiyyətlə pisləyir. Bu cür hallarla rastlaşan jurnalistlər və ya media qurumu mütləq məhkəməyə və ya Müəllif Hüquqları Agentliyinə müraciət etməlidirlər.

Dia.az xəbər verir ki, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli istinad məsələsi ilə bağlı Metbuat.az-a açıqlamasında bildirib ki, bununla bağlı tədbir görülməlidir:

“Çünki “Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydaları” nın dördüncü prinsipinə görə, mediada plagiat yolverilməzdir. Başqasının informasiyasını, müəllif yazısını götürüb, istinadsız təqdim etmək yolverilməzdir. Özəl material dərc olunanda, mütləq istinad verilməlidir. Hətta içərisindən bir informasiya götürülübsə, yaxud cümlələr istifadə olunubsa, mütləq istinad olmalıdır. İstinad verilmirsə, bu, jurnalistlərin peşə davranış qaydalarına zidd bir addımdır. Jurnlaistlərin peşə davranış qaydalarına zidd bir hərəkət baş verirsə, problemlə qarşılaşmış sayt rəhbəri Mətbuat Şurasına şikayət verə bilər. Mətbuat Şurası da kodeks çərçivəsində bu məsələyə baxıb, qiymətləndirmə apara bilər. Ümumiyyətlə, bu kimi hallar yolverilməzdir, qarşısı alınmalıdır və buna qarşı mübarizə mexanizmləri var”.

Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov məsələnin hüquqi izahını verib:

“Əslində, bu məsələ qanunvericiliyimizlə tam tənzimlənir. Qeyd etdiyiniz bu əməllərə yol vermiş saytlar və onların əməkdaşları qanunvericiliyimizin tələblərini pozmuş hesab olunurlar. Bu pozuntu həm mülki, həm inzibati və həm də cinayət məsuliyyəti yaradır. Belə ki, bu cür qanunsuz əməllər nəticəsində digər şəxslərə 1000 manatadək zərər vurularsa, AR İnzibati Xətalar Məcəlləsinin 185-ci (Müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması) maddəsi ilə inzibati məsuliyyət yaranır ki, bu halda da inzibati qaydada istifadə olunmuş həmin qanunsuz materiallar müsadirə olunmaqla 80 manatdan 150 manatadək məbləğdə cərimə edilir. Yox, bu cür qanunazidd əməllərlə digər şəxslərə 1000 mantdan artıq zərər vurularsa, bu halda cinayət məsuliyyəti yaradır və bu şəxslər 1000 manatdan 2000 manatadək cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlər cəzalandırılır. Ağırlaşdırıcı hallarda isə 2000 manatdan 4000 manatadək miqdarda cərimə, 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər. İnzibati və cinayət məsuliyyətləri ilə yanaşı bu qanunsuz əməllərin subyektləri zərərə məruz qalan şəxslər qarşısında mülki məsuliyyət də daşıyırlar. Bu səbəbdən də zərərçəkmiş şəxslər qanun pozuntusuna yol verənlərə qarşı vurulmuş maddi və mənəvi ziyanla bağlı məhkəməyə müraciət etmək hüququna malikdirlər”.

Şərhlər

XƏBƏR LENTİ