SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Geyəm, həbsdə kişilərin arasında qalmaq çətindir” - Qadın alverçisi

“Geyəm, həbsdə kişilərin arasında qalmaq çətindir” - Qadın alverçisi

Tarix:

20-02-2017, 22:55

/ 2 095 dəfə oxundu.
“Geyəm, həbsdə kişilərin arasında qalmaq çətindir” - Qadın alverçisi

Azərbaycanda qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinərək həbs edilən Türkiyə vətəndaşı Suat Yıldızın ölkəsinə ekstradisiya olunması məsələsinə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda ölkəsinə göndərilməsini istəyən S.Yıldız məhkəmədən xahiş edib: "Mən geyəm. Bakıda həbsxanada, kişilərin arasında qalmaq çox çətindir. Öz ölkəmə getmək istəyirəm. Anam da xəstədir. Azərbaycanda olmaq mənə hər baxımdan pisdir".

Məhkəmə Suat Yıldızın öz ölkəsinə ekstradisiya edilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, S. Yıldız Azərbaycanda Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirli bilinərək, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər

XƏBƏR LENTİ