SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ən yaşlı seçicinin 124 yaşı var - Azərbaycanda

Ən yaşlı seçicinin 124 yaşı var - Azərbaycanda

Tarix:

2-03-2018, 16:46

/ 1 421 dəfə oxundu.
Ən yaşlı seçicinin 124 yaşı var - Azərbaycanda

Azərbaycanda olan 5 milyon 309 min 434 səsvermə hüququ olan şəxsdən 59.78 faizi qadınlar, 49.22 faizi isə kişilərdir.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Azərbaycanda mövcud olan seçki məntəqələrin ümumi sayı 5641-dir, ancaq 5 günlük yaradılan məntəqələr bura daxil deyil.

Ən yaşlı seçici Bərdə rayonunun 94 saylı dairəsində səs verəcək 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqədir.

Digər ən yaşlı kişi seçici isə Biləsuvar rayonunda 66 saylı dairədə səs verəcək 1900-cu il təvəllüdlü Qurbanov Səftərdir. Onun 118 yaşı var.

Şərhlər

XƏBƏR LENTİ