SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Yeni Bakı" şəhərciyindən - ŞİKAYƏT

"Yeni Bakı" şəhərciyindən - ŞİKAYƏT

Tarix:

2-03-2018, 10:15

/ 1 311 dəfə oxundu.
"Yeni Bakı" şəhərciyindən - ŞİKAYƏT

Abşeron rayonun Masazır qəzəbəsində yerləşən "Yeni Bakı" şəhərciyinin bir qrup sakini işıqlarının şəhərciyin "komendatlığı" tərəfindən qanunsuz olaraq kəsilməsi barədə ölkə başçısına şikayət məktubu ünvanlayıb. Yeniavaz.com sakinlərin ölkə başçısına ünvanladığı həmin məktubu olduğu kimi təqdim edir:

Hörmətli, Cənab Prezident!

Nəzərinizə çatdırım ki, biz - Masazır qəsəbəsi "Yeni Bakı" şəhərciyi sakinləri uzunmüddətli mübarizələr apardıqdan sonra bir istəyimizə nail olduq: "Azərişıq" bütün şəhərciyi öz sayğacları ilə təmin elədi. Və düşündük ki, “komendantlıq” adlı saxta qurumun özbaşınalıqlarından - qanunsuz işıq kəsmələrindən, naqilləri doğratdırmalarından, sakinlərə şiddət tətbiq etməsindən, sakinlərə qondarma borclar yazmasından, yazdığı borcları ödəmədiyi halda sakinləri hədələməsindən canımızı qurtarmışıq. Lakin bu dəfə də başqa cür çətinliklərə məruz qaldıq. "Azərişıq"a heç bir borcumuz olmadığı, abonent kodumuza məxsus ödəniş siyahısında borc: 0.00 azn göstərildiyi halda, yenə də bir çox sakinlərin işıqları heç bir xəbərdarlıq olmadan, sakinlər işdə olan vaxt xətdən ayrılır, komendantlığa zəng edib səbəbini soruşduqda isə özlərindən qondarma borc uydurub sakinlərdən pul tələb edirlər. İşıqların tez-tez bu şəkildə söndürülməsi nəticəsində bir çox sakinin elektriklə işləyən avadanlıqları ya sıradan çıxmış, ya da müəyyən zədələr almışdır. Sakin axşam işdən evinə gəlib görür ki işıq yanmır, soyuducu işləmir, yeməklər isə xarab olub. Yüzlərlə sakin bu özbaşınalıqlardan hələ də əziyyət çəkir. Bu halda sakinlər "Azərişıq"a zəng vururlar, operator cavab verir: "Bizlik deyil, komendantınızla əlaqə saxlayın". Sonra sakin 102-ə zəng edir, cavab verirlər ki, gəlin ərizə yazın. Sakinlər ərizə yazır, lakin heç bir cavab gəlmir. Maraqlıdır ki, "Azərişıq"ın öz abonentləri üzərində idarəçilik səlahiyyətini hansısa saxta quruma verməsi qanunla yolveriləndirmi? Bu məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, ancaq qarşılığında nə qədər uzun müddət keçsə də nəticəsiz qalan "məsələnizə baxılacaq" cavablarını almışıq.

Cənab Prezident, yazıb sizdən xahiş edirik ki, bu məsələdə bizə köməklik göstərəsiniz, o zalımların pəncəsində bizi tək qoymayasınız.

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq..

Şərhlər

XƏBƏR LENTİ