SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 22 NÖMRƏLİ MƏKTƏBDƏ NÖVBƏTİ BİABIRÇILIQ -"Həmin direktor işdən çıxarılmalıdır"

22 NÖMRƏLİ MƏKTƏBDƏ NÖVBƏTİ BİABIRÇILIQ -"Həmin direktor işdən çıxarılmalıdır"

Tarix:

28-02-2018, 15:44

/ 1 507 dəfə oxundu.
22 NÖMRƏLİ MƏKTƏBDƏ NÖVBƏTİ BİABIRÇILIQ -"Həmin direktor işdən çıxarılmalıdır"

Təhsil eksperti Kamran Əsədov açıqlamasında bildirib ki, 2011-ci ildə qəbul olunmuş orta məktəblərin nizamnaməsinə görə hər bir məktəbin forma təyin etmək hüququ var: “Tabeliyində olan şagirdlərə həmin formanı geyinməyi tövsiyə edilir. Heç bir qanunvericilikdə göstərilməyib ki, şagirdin məktəbli formasında gəlməyi məcburi və zərurudir. Sadəcə qanunvericilikdə tövsiyə edilir. Şagirdə qarşı hər hansı bir zorakılığın törədilməsi yolverilmızdir. Direktorun şagirdi döymək hüququ yoxdur. Bu 22 saylı orta məktəb üçün birinci hal deyil. Bununla bağlı mənə dəfələrlə müaciət daxil olur. Məktəbin idarə edilməsi lazım olan qanunvericilik çərçivəsindən çıxıb”.

Kamran Əsədov vurğulayıb ki, statistika göstərir ki, neqativ hallar son vaxtlar təyin olunmuş direktorların məktəbində baş verir: “Çünki onların idarəçilik təcrübəsi yoxdur. 2014-cü ildə qəbul edilmiş müəllimlərin etik davranış qaydalarına görə nə müəllimin, nə də məktəb rəhbərliyinin hüququ yoxdur ki, şagirdə qarşı fiziki zorakılıq tətbiq etsin və yaxud da onun şəxsiyyətini alçaltsın. Buna yol verən şəxs birbaşa Əmək Məcəlləsinin 72-74-cü maddəsi ilə işinə xitam verilməli, heç bir halda məktəbdə işləməməlidir. Şagirdə qarşı zorakılıq edən direktor əqidəsiz, şərəfsiz və mənəviyyatsızdır. Çünki Azərbaycanın gələcəyi olan şəxsə fiziki zorakılıq tədbiq edib. Qanunvericilikdə kifayyət qədər cəza tədbirləri var. Heç bir halda direktorun fiziki zorakılıq və şəxsiyyəti alcaldacaq addımlar atmağa ixtitiyarı yoxdur . Bundan əlavə direktorun ixtiyarı yoxdur ki, məktəblinin formasını yoxlasın. Bununla bağlı müavini və təlim-tərbiyyə ilə məşğul olan şəxslər var. Bəlkə şagirdin jileti çirklidir və yaxud da o geyim ona sıxıntı verir. Bu bir daha sübut edir ki, məktəblərin idarə olunması ilə bağlı ciddi problemlər var. Bu artıq 22 saylı orta məktəbdə baş verən ikinci hadisədir. Buna da səbəb o şəxsin heç vaxt təhsil sahəsində işləməməyidir. Qanunvericilikdə göstərilir ki, direktor olacaq şəxs ən azı 5 il məktəbdə işləməlidir. İşləmədiyi halda müsabiqə ilə direktor seçilib. O. dirktorun vəzifədə qalması Azərbaycan gələcəyi üçün təhlükəlidir. Bu gün direktorlar guya işlədiklərini sübuta yetirmək üçün şagirdlərin və müəllimlərin razılığı olmadan sosial şəbəkələrdə şəkillərini paylaşırlar. Əslində kiminsə şəkillərini icazəsi olamadan paylaşmağın özü bir qanun pozuntusudur. Hesab edirəm ki, Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsi bununla bağlı məsuliyyət daşıyır. Həmin direktoru şiddətli töhmətlə işdən azad olunmasa bununla bağlı məsuliyyətli qurum həmin idarədir. Onlar həmin şəxsi təhsil müəssisəsindən uzaqlaşdırmalıdr”.

big.az

Şərhlər

XƏBƏR LENTİ