SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Vətəndaş Şirzad Abdullayevin qəbulunda üzləşdiyi “sürprizlə” bağlı Prezidentə müraciət etdi – VİDEO

Vətəndaş Şirzad Abdullayevin qəbulunda üzləşdiyi “sürprizlə” bağlı Prezidentə müraciət etdi – VİDEO

Tarix:

28-02-2018, 09:32

/ 1 353 dəfə oxundu.
Vətəndaş Şirzad Abdullayevin qəbulunda üzləşdiyi “sürprizlə” bağlı Prezidentə müraciət etdi – VİDEO

Əslən Salyan rayonundan olan fərdi sahibkar Həsənov Mirpaşa Əliqulu oğlu bir neçə gün bundan əvvəl Azinforum.az-a müraciət edərək, özü ilə bağlı yaranmış problemin aydınlaşdırılması üçün Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevlə görüşmək istədiyini bildirmişdi. Həmin YAZININ dərcindən sonra, Həsənov Mirpaşa yaşadığı Salyan rayonunun İcra Hakimiyətinə dəvət edilib. Onunla görüşən İcra Hakimiyyətinin məsul əməkdaşı vətəndaşı mətbuatda etdiyi şikayətlə bağlı sorğu-sual edib, sonra isə məsələnin aydınlaşdırılması üçün Bakıda Şirzad Abdullayevlə görüşün zəruriliyini bildirib. Vətəndaşın sözlərinə görə, o, təklifi qəbul edib və Şirzad Abdullayevin qəbuluna gəlib. Bundan sonra nələrin baş verdiyini isə Həsənov Mirpaşa ölkə başçısı cənab İlham Əliyevə etdiyi videomüraciətdə nəql edir. Azinforum.az Şirzad Abdullayevin də cavab haqqını tanımaq şərtilə həmin videomüraciəti təqdim edir.

Şərhlər

XƏBƏR LENTİ