SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İşçiləri Akim Bədəlovun evinin qarşısında etiraz aksiyası keçirəcək

İşçiləri Akim Bədəlovun evinin qarşısında etiraz aksiyası keçirəcək

Tarix:

20-02-2017, 18:18

/ 1 247 dəfə oxundu.
İşçiləri Akim Bədəlovun evinin qarşısında etiraz aksiyası keçirəcək

Sumqayıt şəhərində yerləşən Günəş panelləri zavodunun işçiləri etiraz aksiyası keçirir. Buna səbəb işçilərin iyun ayından bəri əmək haqqlarını ala bilməmələridir.

İşçilər etirazçılar davamlı olaraq sabah da zavodun rəhbəri Akim Bədəlovun Badamdar qəsəbəsində yerləşən şəxsi evinin qarşısında aksiya keçirəcəklərini bəyan ediblər.

Etirazçılardan mühafizəçi Vüsal İsayev zavod rəhbərliyinin ona 2 260 manat borcu olduğunu bildirir. Onun sözlərinə görə hazırda zavodun qarşısına 15-20 nəfər toplaşıb. Etirazçılar əmək haqqlarını tələb edirlər.

V. İsayevin sözlərinə görə zavod "Az-Alternativ enerji"yə məxsus olub. Adı çəkilən qurumun rəhbəri isə Akim Bədəlovdur.
V. İsayev hazırda zavodun Energetika Nazirliyinin nəzninə verildiyini bildirdi. Həmçinin etirazçılar hazırda sənədlə zavodun rəhbərinin Musayev Səbuhi Səməd oğlu olduğunu bildirdilər.

Şərhlər

XƏBƏR LENTİ