SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Azərqaz” vətəndaşları necə ələ salır?

“Azərqaz” vətəndaşları necə ələ salır?

Tarix:

20-02-2017, 17:46

/ 2 527 dəfə oxundu.
“Azərqaz” vətəndaşları necə ələ salır?

Nəsimi rayonu Şamil Əzizbəyov 88 b və Zabrat qəsəbəsi Ruhulla Axundov küçəsinin sakinləri soyuq qış günlərində təbii qaza həsrət qalıb.

Sakinlərin verdiyi məlumata görə, gün ərzində təbii qazın təzyiqi çox aşağı olur. Bu da evlərin normal istiliklə təchizatına və ümumiyyətlə tələbata uyğun deyil. Gün ərzində təzyiq aşağı olsa da, axşam saatlarında qaz tamamilə kəsilir. Vətəndaşlar deyir ki, gecələr havanın temperaturunun 0 dərəcədən aşağı endiyi bir vaxtda evdə istiliyin olmaması dözülməz vəziyyət yaradıb.

Məsələ ilə bağlı “Azərqaz” İstehsalat Birliyinə müraciət etdik. İB-nin mətbuat katibi İbrahim Kərbalayev bildirdi ki, hər iki ünvanın yerləşdiyi rayonlarda bu gün aparılan təmir işləri ilə bağlı qaz təchizatında məhdudiyyət olacaq: “Bu barədə məlumat yayılıb”.

Problemin əvvəlki günlərdə də müşahidə edilməsinə gəldikdə, İ.Kərbalayev bu barədə vətəndaşlara 189 və 104 “Çağrı Mərkəzi”nə müraciət etməyi məsləhət gördü: “Bu müraciətlər əsasında əməkdaşlarımız ünvana baxış keçirib, problemin səbəbini müəyyən edəcəklər”.

Şərhlər

XƏBƏR LENTİ