yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“Koroğlu” firması bazara üzərində heç bir tarix göstərilməyən məhsullar çıxarır- FOTOFAKT

“Koroğlu” firması bazara üzərində heç bir tarix göstərilməyən məhsullar çıxarır- FOTOFAKT
23-02-2018, 11:16 556 dəfə baxılıb

“Koroğlu” MMC-nin mağazalara satışa verdiyi bəzi məhsulların üzərində istehsal və son istifadə tarixləri yoxdur.

Bu barədə AFN-in redaksiyasına məlumat və foto göndərən Cəfərov Azərin sözlərinə görə, bu cür məhsullarla hətta böyük marketlərin vitrinlərində də rastlaşmaq olur: “Üzərində istehsal və son istifadə tarixləri olmayan məhsullara çox tez-tez rast gəlirik son vaxtlar. Marketdə maraqlandım ki, hansı firma verir bunu sizə dedilər “Koroğlu”. Məhsulun originallığını, keyfiyyətini sübut edən başlıca göstəricilərdən biri onun üzərində istehsal və istifadə tarixlərinin qeyd olunmasıdır. Belə çıxır ki, bu ərzaqların harada istehsal olunduğu da müəmmalıdır”.
Qeyd edək ki, oxucumuz bizə rast gəldiyi məhsulların fotosunu da göndərib. Aydın olur ki, uşaqlar üçün zefirli peçenya olan “Berna” və şokoladlı peçenye “Biskiato”nun üzərində istehsal və istifadə müddətinə aid heç bir tarix göstərilməyib.

Qeyd edək ki, “Koroğlu” MMC 1992-ci ildən Azərbaycanda yerli və xarici qənnadı məmulatlarının distributoru kimi fəaliyyətə başlayıb. Ölkə daxili bazarda uzun müddət davamlı fəaliyyət göstərən və eləcə də yerli və xarici istehsal məhsullarını paylayan “Koroğlu” MMC özünün rəsmi saytında da göstərildiyi kimi, bu gün regionda qənnadı məmulatları sahəsində məhsulların çeşid sayı üzrə ön sıralardadır. Firma tərəfindən satışı təşkil edilən məhsullar sırasına konfetlər, karamellər, peçenye, vafli, konfetlər dəsti, şokolad plitkaları, batonlar, biskvitlər, ruletlər, kekslər və s. daxildir.
Yəni göründüyü kimi, əsasən azyaşlıların istifadə etdiyi məhsulların dağıtımı ilə məşğul olan bir firmanın satış nöqtələrinə payladığı məhsulların mənşəyi haqda ciddi suallar meydana çıxıb. Təəssüf ki, “Koroğlu” MMC-yə etdiyimiz zəngə cavab verilmədi. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
“Koroğlu” firması bazara üzərində heç bir tarix göstərilməyən məhsullar çıxarır- FOTOFAKT
“Koroğlu” firması bazara üzərində heç bir tarix göstərilməyən məhsullar çıxarır- FOTOFAKT
“Koroğlu” firması bazara üzərində heç bir tarix göstərilməyən məhsullar çıxarır- FOTOFAKT


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ