yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

SÜRÜŞMƏ ZONASININ SAKİNLƏRİ KİRAYƏ PULUNUN MƏBLƏĞİNDƏN NARAZIDIR

SÜRÜŞMƏ ZONASININ SAKİNLƏRİ KİRAYƏ PULUNUN MƏBLƏĞİNDƏN NARAZIDIR
23-02-2018, 10:50 181 dəfə baxılıb

Bayıl yamacında sürüşmə zonasından köçürülən sakinlər narazılıq və narahatlıq içərisindədir. Onların sözlərinə görə, ayrılan kirayə haqqı icra başçısının açıqladığı rəqəmdən xeyli aşağıdır:

“Eldar Əzizov demişdi ki, ən aşağı kirayə haqqı 260 manat olacaq. Amma bütün sakinlərə 200 manat olmaq bir aylıq kirayə haqqı verdilər. Əksəriyyət verilən kirayə haqqından imtina edib. Çünki elə ailələr var ki, üzvləri 8-9 nəfərdən ibarətdir. Yəni onların hamısını bir ailə kimi qeydə alıblar. Baxmayaraq ki, 2-3 ailədirlər. Hətta bəzi ailələr Bayıldakı evinə geri qayıdıb ki, orada yaşayacaq. Digər tərəfdən, “icra başçısı alimlərin rəyini gözləyirik, söküləcək evlərə qərar veriləcək” deyib. Amma dünən axşam “Azərsu”nun işçiləri su sayğaclarını açıb aparıblar. Hətta bağlı evlərin sakinlərinə müraciət etmişdilər ki, “gəlin evləri açın sayğacları götürək”.

Narazı sakinlər evlərinə qayıtmaq istədiklərini deyir:

“Əgər bu evlərin köçürülməsilə bağlı qərar yoxdursa, rəy gəlməyibsə, “Azərsu” sayğacları niyə açıb aparır? İcra başçısının müavini Abid müəllim açıq şəkildə deyib ki, kirayə haqqını verdikdən sonra evlər söküləcək. Amma kirayə haqqı da tam deyil. Həm məbləğ aşağıdır, həm də bildirilib ki, kirayə pulları aybaay karta köçürüləcək. Ona görə də sakinlər geri qayıtmaq istəyir”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-08-2018


17-08-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ