SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xalça emalatxanasının tikintisinə 2 milyon manat ayrıldı

Xalça emalatxanasının tikintisinə 2 milyon manat ayrıldı

Tarix:

21-02-2018, 18:28

/ 1 180 dəfə oxundu.
Xalça emalatxanasının tikintisinə 2 milyon manat ayrıldı

Azərbaycan prezidenti İlham Əliyev Qobustan rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Qobustan rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Şərhlər

XƏBƏR LENTİ