SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda türk liseyində direktor müavini şagirdi döydü - İş polisə düşdü

Bakıda türk liseyində direktor müavini şagirdi döydü - İş polisə düşdü

Tarix:

20-02-2018, 10:47

/ 1 353 dəfə oxundu.
Bakıda türk liseyində direktor müavini şagirdi döydü - İş polisə düşdü

Ötən gün Nəsimi rayonu ərazisində yerləşən Bakı Türk Anadolu Liseyində direktor müavini 7-ci sinif şagirdini döyüb.
“Ölkə.Az”ın məlumatına görə, Şahin Kəmalə Məmməd qızı 21-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, liseyin direktor müavini Kelez Talib Bayram oğlu dərs vaxtı oğlu Əli Şahini döyüb. Belə ki, uşaq evə gələn zaman onun bədəninin müxtəlif yerlərində xəsarətlər aşkar edilib. Əli Şahin anasına müəllimi tərəfindən döyüldüyünü bildirib. Hazırda polis bölməsində işi araşdıran təhqiqatçı tərəfindən döyülən uşağın xəsarət dərəcəsinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertiza şöbəsinə sorğu göndərilib. Məhkəmə tibbi ekspertizanın rəyindən sonra fakta hüquqi qiymət veriləcək.

Şərhlər

XƏBƏR LENTİ