yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Vərəm xəstəsi olan müəllimə görə şagird və müəllimlər müayinəyə cəlb olundu - Bakıda OLAY

Vərəm xəstəsi olan müəllimə görə şagird və müəllimlər müayinəyə cəlb olundu - Bakıda OLAY
14-02-2018, 12:06 61 dəfə baxılıb

Bakı şəhərinin mərkəzi məktəblərinin birində müəllimənin vərəm xəstəsi olması barədə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna məlumat daxil olub.

Bunu institutunun direktoru Həqiqət Qədirova deyib.

Hazırda bu məsələnin araşdırıldığını deyən H.Qədirova qeyd edib ki, müəllimənin vərəm xəstəsi olması onun haqqında məlumatın vərəmə yoluxmuş şəxslə bağlı elektron məlumat bazasına təqdim edillməsi zamanı aşkarlanıb:

“Hazırda xəstə özü vərəm əleyhinə müəssisədə müalicə edilir. Onun barəsində olan məlumat isə müvafiq Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib ki, işlədiyi müəssisədə lazımi tədbirlər görülsün”.

H.Qədirova qeyd edib ki, xəstə müəllimənin işlədiyi məktəbdə həm Ağciyər Xəstəlikləri İnstitutu, həm 1 saylı Vərəm Əleyhinə Dispanser, həm də Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən lazım olan tədbilər həyata keçirilir:

"Məktəbdə həm şagirdlərin, həm də müəllimlərin müayinəsi aparılır. Müayinələr təxminən 1 həftə ərzində başa çatacaq. Ondan sonra məktəbdə vərəmlə bağlı vəziyyətin necə olduğu aydın olacaq”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: gore, muayineye, celb, ve, muellime, OLAY, xestesi, muellimler, olan, Bakida, olundu, shagird, Verem,
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ