yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Zərərçəkənlərə 150 min manatdan çox pul ödənilib – Məhkəmə

Zərərçəkənlərə 150 min manatdan çox pul ödənilib – Məhkəmə
13-02-2018, 14:49 288 dəfə baxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onun müavini Hikmət Nəcəfli və digərlərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib

Hakim Mahmud Ağalarovun sədrliyi ilə qapalı keçirilən iclasda 10-a yaxın zərərçəkmiş şəxs ifadə verib.

Prosesdə Beyləqan rayon xəstəxanasının baş həkimi Əli Məmmədov ifadə verərək dəymiş ziyanın ödənildiyini bildirib.

Məlum olub ki, təqsirləndirilən Surxay Əliyevə 66 min 483 manat, Hikmət Nəcəfliyə 78 min 883 manat, Sevinc Məmmədsalayevaya 20 min 92 manat, Arif Abbasova 15 min 550, İlahə Qasımovaya 7 min 358 manat və Gülbəniz Əliyevaya qarşı verilmiş 3900 manat məbləğində ziyanın böyük qismi ödənilib.

Zərərçəkmişlərə ümumilikdə 150 min manatdan çox pul ödənilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru S. Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

Bu iş üzrə təqsirləndirilən Sevinc Məmmədsalayeva, Gülbəniz Əliyeva, İlahə Qasımova və Maarif Abbasov da var. Onlardan S. Məmmədsalayeva həbs olunub. Digərlərinin barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: odenilib, pul, Zererchekenlere, manatdan, chox, 150, Mehkeme, min
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-10-2018


17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ