yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

4 ağac kəsdiyinə görə 2 il həbs alan vətəndaş PREZİDENTDƏN KÖMƏK İSTƏDİ

4 ağac kəsdiyinə görə 2 il həbs alan vətəndaş PREZİDENTDƏN KÖMƏK İSTƏDİ
12-02-2018, 15:19 280 dəfə baxılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət edən Xətai rayon Məhkəməsinin 29.09.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş, hazırda 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Behbudov Fuad Natiq oğlu dövlət başçısından əfv diləyir. Həmin müraciəti olduğu kimi təqdim edirik:

"Cənab Prezident!
Məlumat üçün Sizə bildirirəm ki, mən 25 avqust 1985-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşam.
Mən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə 9000 (doqquz min) manat cərimə cəzasına məhkum edilmişəm. Hazırda 16 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayıram.
Mənə təyin edilən cəzanın əvvəli 24 iyul 2017-ci il tarixdən hesablanmaqla, cəzamın 6 aydan çoxunu çəkmişəm. Cəzaçəkmə müəssisəsində rejim qaydalarını gözləyirəm, haqqımda müdiriyyət tərəfindən tənbeh tədbiri tətbiq edilməmişdir.
Ailəmiz 1993-cü ildən Ağdam rayonundan qaçqın düşüb. Ailəmizin tək oğul övladıyam. Atam qaçqınlıqdan sonra vəfat edib. Ailəmizin yükü atamın ölümündən sonra mənim üzərimdədir. Anam və bacım mənim himayəmdə yaşayırlar. Anam uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. İş qabiliyyəti yoxdur. Bacım da xəstə anama qulluq etdiyi üçün heç bir yerdə işləmir. Ailəmiz kirayədə yaşayır. Ailəmizin yeganə qazanc gətirəni mən idim. Mənim məhkumluğumdan sonra ailəmiz çox ağır durumdadır. Cəza çəkdiyim müddətdə törətdiyim cinayət və onun nəticələri haqqında çox düşünmüşəm və əməlimdən artıq dərəcədə peşmançılıq çəkirəm. Ailəmizdən ayrı düşməyim, xəstə anama və bacıma istər maddi, istərsə də mənəvi kömək göstərə bilmədiyim üçün məni çox narahat edir.
Gəncəm, subayam, əvvəllər məhkum olunmamışam, birinci məkumluğumdur.
Dəymiş zərəri tam ödəmişəm, barəmdə heç bir şikayət və tələb yoxdur və gələcəkdə də olmayacaq.
Möhtərəm Prezident!
Sizdən artıq dərəcədə xahiş edirəm ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə Sizə verilmiş müstəsna hüququmuzdan istifadə edərək, əməlimdən səmimi peşman olmağımı, gəncliyimi, birinci məhkumluğumu, xəstə anamı və ailəmizin ağır durumunu nəzərə alıb məni əfv edəsiniz.
Məhkumluqdan azad olunduqdan sonra Azərbaycan Respublikasının vətəndaşı adını yüksək tutacağıma, bir daha cinayət törətməyəcəyimə, faydalı əməklə məşğul olub, ailəmizi zəhmətimlə dolandıracağıma söz verirəm.
Sizin bir ibrətamiz deyiminiz var: «Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiym». Bütün dünya bilir ki, Azərbaycan Prezidenti hər bir azərbaycanlı ailəsinin mənəvi qarantıdır. Siz biz gənclərə həmişə dəstək olmusunuz. Biz gənclərin doğru yola cəlb edilməsində, düzgün həyata qaytarılmasında Sizin böyük xidmətləriniz vardır.
Sizə böyük və müqəddəs Allahımızdan uzun ömür, can sağlığı, günbəgün güclənən, qüdrətlənən doğma Azərbaycanımızın daha da çiçəklənməsindəki fəaliyyətinizdə uğurlar arzulayıram.
Göstərəcəyiniz köməkliyə görə Sizə əvvəlcədən öz minnətdarlığımı bildirirəm.

İmza: Behbudov Fuad
22.01.2018"

DİA.AZ


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: 2, vetendash, agac, PREZDENTDEN, il, alan, STED, 4, KOMEK, kesdiyine, gore, hebs
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ