yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Orta məktəblərdə yeni dələduzluq üsulu - Nazirlik hara baxır?

Orta məktəblərdə yeni dələduzluq üsulu - Nazirlik hara baxır?
12-02-2018, 09:48 341 dəfə baxılıb

"Məktəblərdə test keçirmək adı ilə pul yığılır"

Bunu "Milli Mədəniyyətin Təbliği” İctimai Birliyinin sədri, ictimai xadim Jalə Cəfərova facebook səhifəsində məlumat verib.

J.Cəfərova valideynlərdən pul yığılmasında Təhsil Nazirliyini suçlayır: "Hamımız bilirik ki, Təhsil Nazirliyinin icazəsi olmadan məktəbə daxil olub, bir müəllimə, bir şagirdə yaxınlaşıb sual ünvanlaya bilməzsən. O ki qala hansısa təşkilat gəlib, icazəsiz tədbir keçirə. Müəyyən səbəblərdən məktəblərin ünvanını deyə bilməsəm də altı məktəbdə "TTM” deyilən bir özəl şirkətin özbaşnalığından hiddətə gəlməmək mümkün deyil. Rusdili bölmənin 4-cü siniflərində test keçirilir".

"Deyəcəksiniz nə olsun? O olsun ki, məktəb direktorları da təkidlə valideynlərdən tələb edirlər. Bəli, tələb edirlər ki, uşaqlarınızı test imtahanına gətirməyə də bilərsiniz, ancaq qeydiyyatdan keçirib beş manatı ödəməlisiniz, yoxsa, uşaq dərsə buraxılmayacaq”, - deyə J. Cəfərova bildirir.

Təhsil Nazirliyindən isə bu iddialara cavab verilməyib.

xeber.info


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , hara, yeni, Nazirlik, usulu, mekteblerde, baxir, deleduzluq, Orta
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ