SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Astarada ölən gənc AzTU-nun tələbəsi idi – Nicat Abdullayev

Astarada ölən gənc AzTU-nun tələbəsi idi – Nicat Abdullayev

Tarix:

9-02-2018, 17:10

/ 3 677 dəfə oxundu.
Astarada ölən gənc AzTU-nun tələbəsi idi – Nicat Abdullayev

Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxs -Rüstəmov Sahib Sədaqət oğlu Azərbaycan Texniki Universitetinin (AzTU) birinci kurs tələbəsi idi.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev deyib.

Onun sözlərinə görə, vəfat edən tələbə universitetin "Radiotexnika və rabitə" fakültəsinin 317 a4 qrupunda, "Elektronika, telekomnikasiya və radiotexnika" mühəndisliyi ixtisası üzrə təhsil alırdı:

“İmtahan sesiyası bitdiyi və tətil olduğu üçün Sahib Rüstəmov doğulduğu rayona gedib və çox təəssüf ki, orada bədbəxt hadisə ilə üzləşib. Universitet rəhbərliyi, həmçinin Sahibin təhsil aldığı fakültə rəhbərliyi onun vəfatından kəndərlənir, ailəsinə və yaxınlarına dərin hüzünlə baş sağlığı verir”.

Qeyd edək ki, bu gün Astara rayonunda yol qəzası baş verib. "Mitsubişi-Pajero" markalı avtomobil hərəkətdə olarkən qarşısına uşaq çıxıb. Sürücü avtomobili yolun kənarındakı maneəyə çırpıb. Hadisə nəticəsində xəsarət alan iki nəfər, Astara rayonunun Şahağacı kənd sakinləri 2000-ci il təvəllüdlü Rüstəmov Sahib Sədaqət oğlu və 2000-ci il təvəllüdlü Cabbarov Ağamoğlan Fikrət oğlu xəstəxanaya yerləşdirilib. Hadisə zamanı ölən şəxs tələbə olub. Həkimlər S.Rüstəmovun həyatını xilas edə bilməyib, o, xəstəxanada ölüb.

Şərhlər

XƏBƏR LENTİ