yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Sabiq nazirin iki mağazası da bağlandı: “Çudo-Peçka” erası bitdi

Sabiq nazirin iki mağazası da bağlandı: “Çudo-Peçka” erası bitdi
20-02-2017, 00:21 1 461 dəfə baxılıb
yüklənir...

Bakıda bir zamanlar məşhur olan "Çudo Peçka” mağazalar şəbəkəsinin eratı bitdi

Xəbər veririk ki, daha iki mağazası bağlanıb.

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin biznesinə daxil olan restoranlar şəbəkəsi ələnməkdədir.

Musavat.com yazıb ki, maliyyə sıxıntısı yaşayan şirkətin metronun "Əhmədli”, "Neftçilər” və "28 may” stansiyalarının yaxınlığında yerləşən mağazaları da artıq fəaliyyətini dayandırıb. Bundan əlavə bildirilir ki, şirkətin baş ofisi də artıq fəaliyyət göstərmir.

Eyni zamanda əldə olunan məlumata görə, mağazalar bağlandıqdan sonra şirkətin sexləri də fəaliyyətini dayandırıb. Hazırda "Çudo Peçka”nın yalnız metronun "Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən mağazası fəaliyyət göstərir.

"Çudo Peçka”nın əməkdaşları uzun müddətdir ki, maaşlarını ala bilmirdilər. Şirkət bir ildən çox idi ki, maliyyə sıxıntısı yaşayırdı.

İşçilərin maaşları son zamanlar hissə-hissə verilsə də, böyük bir qisminin ötən aylardan qalan əmək haqları hələ də verilməyib. Əmək haqqı ala bilməyən işçilər məhkəməyə müraciət etməyə hazırlaşırlar.

H.Babayevin ölkədə biznes sahələri əlindən çıxıb. Bir müddət əvvəl Direktorlar Şurasının qəbul edilmiş fövqəladə qərarı ilə “Bank Standart”ın lisenziyası 1 oktyabr tarixində ləğv edilib.

H.Babayevin bu biznesinin əlindən alınması üçün uzun müddət çəkişmələr gedib. Bəzi qüvvələr sabiq nazirin bankını əlindən almağa çalışırdı.

Əslində, buna qismən nail olunmuşdu. Amma böhran “Bank Standart”ı tamamilə fəaliyyətinə xitam verdi. Keçmiş nazirin daha əvvəl də “Çudo peçka” restoranlar şəbəkəsi əlindən çıxmışdı.

AB Standard” QSC-nin ödənilmiş nizamnamə kapitalı bu il yanvarın 1-i üçün 33 milyon 623 min manat olub. 2013-cü ilin əvvəlində bu göstərici 86 milyon 274 min manat idi.

Holdinqə “Bank Standard” QSC, “Standard İnsurance” MMC, “AB Legal Consulting Group” MMC, “Standard Lizinq” MMC, “Standard Capital” MMC, “Standard Football Club” MMC, “Dərngül boru zavodu” və “Lənkəran Mehmanxana” daxildir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ