SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » ADPU-da eyni fakültədən müəllimlə tələbənin intiharında dəhşətli müəmmalar

ADPU-da eyni fakültədən müəllimlə tələbənin intiharında dəhşətli müəmmalar

Tarix:

6-02-2018, 09:58

/ 2 789 dəfə oxundu.
ADPU-da eyni fakültədən müəllimlə tələbənin intiharında dəhşətli müəmmalar

Ötən ilin oktyabrında Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) işləyən müəllimə intihar edir
Tarix və coğrafiya fakültəsinin Fəlsəfə və sosial fənlər kafedrasının baş müəllimi İradə Yusif qızı Əliyevanın meyiti işlədiyi dil kursunda tapılır.
Bu ilin yanvarında ADPU-nun tələbəsi Məlik Cahangirov faciəvi şəkildə canına qıyaraq intihar edir.
Hər iki intihar olayına diqqət çəkərək yazır ki, ölənlər eyni ali məktəbin tələbə və müəllimidir.
Müəllimənin intiharının universitetlə əlaqəli olub-olmadığı haqda müfəssəl bilgilər olmasa da, sosial şəbəkələrdə müəyyən ehtimal və şübhələr səslənir.
İddia edilir ki, müəllimə işlədiyi ADPU-da sıxışdırılırmış. Ancaq bunun nə dərəcədə həqiqət olduğunu söyləmək çətindir. Sadəcə, sosial şəbəkələrdə yazılan şərhlərdə olan iddialardır.
Lakin intihar edən tələbənin təhsil haqqını ödəyə bilmədiyi üçün ötən ilin dekabrında ADPU-dan xaric edildiyi təsdiqini tapıb.
Çox qəribədir ki, intihar edən tələbə M.Cahagirli coğrafiya fakültəsinin 4-cü kursunda təhsil alırdı. İntihar edən müəllimə də coğrafiya fakultəsində işləyirmiş. Nə müəmmalı təsadüf?!
Təbii ki, eyni fakultədən, qısa bir aralıqda müəllim və tələbənin intihar etməsi dəhşətli faciədir.
Bəzi iddialar var ki, Cəfər Cəfərovun rektor təyin olunmasından sonra ADPU-da mühit sərtləşib, gərginləşib və atmosfer ağırlaşıb.
Tələbə və müəllim heyəti özünü sərbəst, rahat hiss etmir, bir gərginlik, aqressivlik hökm sürür.
Ancaq gənc bir tələbənin ümidlərini qıran, həyatını söndürən, onun gələcək planlarını alt-üst edən, adi bir diploma görə universitetdən xaric edən rektorluq zərrə qədər tükünü tərpətmədi.
Təhsil haqqına görə ADP-udan qovulan Məlik zəhmətinin hədər getdiyini anlayır, əziyyətləri puça çıxır, karyera planları dəfn edilir və düşdüyü gərginlikdən, ümidsizlikdən, psixoloji basqıdan qurtula bilməyərək intiharı son çıxış yolu görür.
Ancaq C.Cəfərov və ümumilikdə rektorluq bu faciəni sükutla qarşılayır, reaksiya vermir, tələbənin qovulmasını tutarlı arqumentlərlə əsaslandıra bilmir.
Dəyərdimi təhsil puluna görə tələbəni qovmağa? Yoxsa ADPU-da hər tələbə vaxtında təhsil haqqını ödəyir? Bəlkə hər şey bu universitetdə şəffafdır?
İntihar edən gənc 2 fəndən akademik borcu olduğuna və son semestrdə dərslərə gəlmədiyinə görə 22 dekabr 2017-ci il tarixli 2/227 saylı əmrlə tələbələr sırasından xaric edilib.
Mərhumun bibisi oğlu Xəyal Kərimovun sözlərinə görə, Məlik valideynlərinin təhsil haqqı üçün ona verdiyi 600 manatı xərcləyib.
Sosial şəbəkə istifadəçiləri isə sual edirlər ki, görəsən, tələbəni akademik borca və semestrə görə qovmaqdansa, ona güzəşt etmək, problemlərinə doğmalıq göstərmək olmazdımı?!
Bir gənc illərlə oxuyub əziyyət çəkib, universitetə daxil olub, amma onun karyerasını, ümidlərini məhv edən bir qərar verilib və depressiyaya düşməsinə təhrik olunub.
Əslində, onun ADPU-dan çıxarılmasının gerçək tərəfləri araşdırılmalıdır. Hər halda 600 manat böyük məbləğ deyildi və rektorluq ona güzəştə gedə bilərdi.
ADPU-da adi bir dekan ayda 600 manat müxtəlif yerlərə xərcləyir, hansısa məclisdə 200 manat hesab verir. Amma tələbin sıxma-boğmaya salıb intiharına gətirib çıxaran addım atırlar - qovurlar!
Beş günlük fani dünyada bu pisliyi etməyə dəyməzdi. O gəncin xəyalları, arzuları qəbirə getdi.
Ancaq ADPU-da “köhnə hamam, köhnə tas” qalmaqdadır. Ümumiyyətlə, rektor Cəfər Cəfərovun "islahatçı komandası” ADPU-da öz bildiklərini edirlər.
Universitetin kollektivi ilə kobud rəftar edən, bir çox hallarda qaba hərəkətlər edən Cəfərovun kadrları ciddi narazılıq formalaşdırırlar.
Xüsusilə, rektorun kadr təyinatında qohumbazlıq qırmızı xətt təşkil edir. C.Cəfərovun həyat yoldaşının xalası oğlu olan Arzu Daşdəmirov fizika fakultəsinin dekanı təyin olunub.
MSK sədri Məzahir Pənahovun qardaşı Şahin Pənahov tarix fakultəsinin, Həmkar Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyevin qardaşı qızı Elnarə Mehbalıyeva kimya-biologiya fakultəsinin dekanı təyin olunub.
Dövlət İmtahan Mərkəzi sədri Məleykə Abbaszadənin qızı Nigar Abbaszadə isə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərir.
Əvvəllər Turizm və Menecment Universitetinin rektoru olmuş C.Cəfərovun ordan gətirdiyi daha bir kadr isə tələbələr şöbəsinin müdiri, eyni zamanda rektorun qardaşının kürəkəni olan Vüsal Xəlilovdur.
Onu da iddia edirlər ki, ADPU-da imtahanların pulla yazılması köhnə ənənədir və indi də davam edir.
Gün ərzində ADPU-ya etdiyimiz zənglər cavabsız qalıb.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ