SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » NZS-də gizlənmiş “Ovçular” xalqa nə yedirir ? – Statistika - Video

NZS-də gizlənmiş “Ovçular” xalqa nə yedirir ? – Statistika - Video

Tarix:

6-02-2018, 16:40

/ 2 464 dəfə oxundu.
NZS-də gizlənmiş “Ovçular” xalqa nə yedirir ? – Statistika - Video

Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı araşdırmalarımız davam edir. Növbəti ünvan “Ovçular ət və ət məhsulları” MMC-dir:

► Kiflənən, donuz piyli, “Sorbat R” müəmması və cərimə

2015-ci il. “halal” sözü yazılmış “Ovçular” kolbasasından donuz piyi çıxır.

2016-cı il. Bakıdakı mağazaların birində “Ovçular” şirkətinə aid iylənmiş, üfunət qoxulu kiflənmiş kolbasa aşkarlanır.
2016-cı il. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aparılan yoxlama zamanı müəssisə tərəfindən istehsal olunan “Krakovskaya” yarımhisə verilmiş kolbasanın markalanmasının normativ sənədlərin tələblərinə cavab vermədiyini müəyyən edir.
Belə ki, məhsula dair müəyyən edilmiş qaydada təsdiq olunmuş resepturada donuz əti və piyindən istifadə olunması nəzərdə tutulduğu halda, faktiki olaraq məhsulun etiketinin üzərində bu barədə məlumat göstərilməyib.
Yoxlama zamanı məktubda qeyd etdiyiniz və komitəyə təqdim etdiyiniz məhsulun “Ovçular ət və ət məhsulları” MMC-nin “Halal” məhsulların istehsalı sexində istehsal olunmadığı müəyyən edilir.
Aşkar olunmuş nöqsanlarla bağlı “Ovçular ət və ət məhsulları” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında cərimə qərarı qəbul edilir.
2017-ci il. “Ovçular” saxlama müddəti ötmüş Almaniya istehsalı olan “Sorbat R” adlı qılaftəmizləyicidən istifadə etməkdə ittiham olunur.
2017-ci il. Bakı Şəhər Baytarlıq İdarəsinin və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 1 ünvanında yerləşən Həsənov Fuad Alik oğluna məxsus kolbasa məhsullarının satışı anbarında yararlıq müddəti bitən, kiflənən və insan qidası üçün təhlükəli olan “Doktorskaya”, bişmiş, yarım hisə verilmiş “Krakovskaya” və ”Xlbmaya” kolbasaları, eləcə də “Ovcu” sosiska nümunələrinin olması müəyyən edilir.

► Braziliya və Hindistandan NZS-ə

AzEuroNews.com-un məlumatına görə, bütün bu statistik məlumatlara baxmayaraq, müəssisəyə məxsus kolbasalarda keyfiyyət dəyişikliyi hələ də baş verməyib.

Monitorinqlər göstərir ki, kolbasalar eyni keyfiyyətdə bazarda “at oynadırlar”.
Satıcılar da şikayət edirlər. Onların sözlərinə görə, “Ovçular ət və ət məhsulları”na məxsus kolbasa və sosislər tez yararsız hala düşürlər.
Çünki xammal kimi istifadə edilən ətin keyfiyyətində problem var. Ümumiyyətlə, kolbasa bazarında sözügedən şirkətin məhsullarına tələbat azdır.
Hazırda firmanın “Pəhriz”, “Həvəskar”, “Qovyajya” markalı kolbasaları satışda var. Ancaq keyfiyyət ildən-ilə dəyişmək bilmir.
“Ovçular”ın “halal kolbasa”sından donuz piyi çıxması
Şirkətin harda yerləşməsi haqda video görüntülər da müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə şübhələr yaradır.
Yutubda yerləşdirilən görüntülərdən aydın olur ki, “NZS” qəsəbəsində, həyət evlərinin arasında məskunlaşan “Ovçular” göz önündən gizlənməyə çalışıb.
Ən nəhayət, bir müddət əvvəl şirkətin icraçı direktoru Nazim Kazımovun virtualaz.org-a bildirdiyinə görə, yerli mal-qara ətindən çox az istifadə edirlər. Onun sözlərinə görə, aldıqları ətin keyfiyyətindən əmindirdirlər:
“Biz xammalı daha çox Moldova, Ukrayna, Hindistan və Braziliyadan alırıq. Yerli ət istehsalından da istifadə edirik, amma bu çox nadir hallarda olur”.
Şirkətlə əlaqə saxlasaq da, mətbuat xidməti ilə calaşdırmadılar.

AzEuroNews.com

NZS-də gizlənmiş “Ovçular” xalqa nə yedirir ? – Statistika - Video
NZS-də gizlənmiş “Ovçular” xalqa nə yedirir ? – Statistika - Video
NZS-də gizlənmiş “Ovçular” xalqa nə yedirir ? – Statistika - Video
NZS-də gizlənmiş “Ovçular” xalqa nə yedirir ? – Statistika - Video

Şərhlər

XƏBƏR LENTİ