yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Çudo Peçka”nın daha 2 mağazası bağlandı - İşçilər məhkəməyə müraciət edəcəklər

“Çudo Peçka”nın daha 2 mağazası bağlandı - İşçilər məhkəməyə müraciət edəcəklər
19-02-2017, 16:20 259 dəfə baxılıb
yüklənir...

“Çudo Peçka” mağazalar şəbəkəsinin daha iki mağazası bağlanıb.

Daxil olan məlumata görə, uzun müddətdir ki, maliyyə sıxıntısı yaşayan şirkətin metronun “Əhmədli”, “Neftçilər” və “28 may” stansiyalarının yaxınlığında yerləşən mağazaları da artıq fəaliyyətini dayandırıb.

Bundan əlavə bildirilir ki, şirkətin baş ofisi də artıq fəaliyyət göstərmir.

Eyni zamanda əldə olunan məlumata görə, mağazalar bağlandıqdan sonra şirkətin sexləri də fəaliyyətini dayandırıb. Hazırda “Çudo Peçka”nın yalnız metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən mağazası fəaliyyət göstərir.

Məlumatı təsdiqləmək üçün şirkətin metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən mağazasına baş çəkilib. Müşahidə olunub ki, doğrudan da mağazanın qarşısından “Çudo Peçka”nın adı götürülüb. İçəridə satış olsa da, bildirilib ki, bura artıq “Çudo Peçka” olaraq fəaliyyət göstərməyəcək.

Onu da xatırladaq ki, “Çudo Peçka”nın əməkdaşları uzun müddətdir ki, maaşlarını ala bilmirdilər. Şirkət bir ildən çox idi ki, maliyyə sıxıntısı yaşayırdı.

İşçilərin maaşları son zamanlar hissə-hissə verilsə də, böyük bir qisminin ötən aylardan qalan əmək haqları hələ də verilməyib.

Əmək haqqı ala bilməyən işçilər məhkəməyə müraciət etməyə hazırlaşırlar.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ