SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Pul verməyən xəstəyə su belə vermirlər..." - Respublika Klinik Xəstəxanasında

"Pul verməyən xəstəyə su belə vermirlər..." - Respublika Klinik Xəstəxanasında

Tarix:

30-01-2018, 12:56

/ 1 271 dəfə oxundu.
"Pul verməyən xəstəyə su belə vermirlər..." - Respublika Klinik Xəstəxanasında

Xalq arasında "respublikanski" adlanan Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş verən özbaşınalıq, korrupsiya, xəstələrdən rüşvət alma halları barədə yazmışıq.
Bu dəfə isə "facebook" istifadəçisi Nuru Nuruzadə öz statusunda bir daha bu problemə toxunub. Statusu olduğu kimi təqdim edirik:
"Dünən anamı qaz zəhərlənməsinə görə "Respublikanski" xəstəxanaya aparıblar. Xəstəxanaya giriş 10 manat, xəstəni qəbul 10 manat, zəhərlənmiş xəstəyə baxan həkim 50 manat, tibb bacıları 5 manat, mühafizə 5 manat. Xəstəni daşıyan işçi filan qədər, su istəyəndə su verən işçi filan qədər.

Səhər anamla danışdım, deyir, pul verməyən xəstəyə su belə vermirlər. Xəstəxanada bir qadın yalvarır ki, "pulum yoxdu, uşağımı qəbul edin", ondan da pul istəyirdilər, axırı müdaxilə etdim, səs-küy saldım, ağızlarını-üzlərini əyə-əyə işlərini gördülər. Səhər tezdən ərizə yazıb anamı çıxarmışam xəstəxanadan, buraxılış vərəqəsi də verilmədi".
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Teref.info
"Pul verməyən xəstəyə su belə vermirlər..." - Respublika Klinik Xəstəxanasında
"Pul verməyən xəstəyə su belə vermirlər..." - Respublika Klinik Xəstəxanasında

Şərhlər

XƏBƏR LENTİ