yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

248 saylı orta məktəbdə yeni korrupsiya “ixtirası”

248 saylı orta məktəbdə yeni korrupsiya “ixtirası”
29-01-2018, 15:01 681 dəfə baxılıb

Bakının Binəqədi rayonunda fəaliyyət göstərən 248 saylı orta məktəbin jurnallarında X-F, R-Q, S-Q, S-H hərfləri nəyi ifadə edir?

Artıq bir ilə yaxındır ki, paytaxtın Binəqədi rayonunda fəaliyyət göstərən 248-saylı orta məktəblə bağlı müxtəlif məqalələr işıqlandırlılır. Həmin məqalələrdə köhnə direktorun əməlləri və hazırda direktor əvəzi vəzifəsini daşıyan Xəyyam Fərəcovun daha yeni əməlləri barədə təfsilatlı məlumatlar yer alıb.
Redaksiyamıza 248 saylı orta məktəbdən daxil olan yeni məlumatda bildirilir ki, direktor əvəzi Xəyyam Fərəcov keçmiş sələfindən heçdə geri qalmayaraq 9, 10, 11-ci sinif şagirdlərinin çoxsunu yenidn aylığa buraxııb. Məlumata görə Xəyyam Fərəcov bu dəfə köhnə sələfinin işini daha təkmişlləşirərək genişləndirib. Belə ki, direktor əvəzi aylğın qiymətində 50 manat artım etməklə barabər həmdə yeni bir “ixtira” edib. Bu “ixtira” isə məktəb müəllimlərinin sinif jurnallaırnda karıxmaması və aylığa çıxan şagirdləri tanıyaraq onlara qayıb verməməsi ilə bağlıdır.
Direktor əvəzi Xəyyam Fərəcova yaxın olan şəxsin saytımız averdiyi məlumata görə hazırda 248 saylı orta məktəbdə sinif jurnallarının arasında A4 kağızında bir siyahı var.Həmin siyahıda isə aylığa çıxan şagirdlərin adları yazılmaqla bərabər onların kimlər təərfindən çıxarıldığıda qeyd edilib. Əsl korrupsiya sənədi xatırladan bu sənəddə şagirdlərin qabağına X-F, R-Q, S-Q, S-H hərfləri yazılıb. Bu hərflərin açması isə X-F direktor əvəzi Xəyyam Fərəcov, R-Q direktor müavini Reyhanə Qurbanova, S-Q direktor müavini Saleh Quliyev, S-H direktor müavini Sevinc Həsənovanın adlarının insiallarını ifadə edir. Siyahıda həmin insialların altında göstərilən şagirdlərin kimə bağlı olması və aylığı kimə verməsi göstərilir.

Məlumatda vurğulanır ki, müəllimlər jurnalla həmin A4 list vərəqi yan-yana qoyaraq şagirlərdlərin davamiyyətini yoxlayırlar…

Mövzuya qayıdacağıq.

Mənbə: AzMedia.info


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ixtirasi, korrupsiya, yeni, orta, 248, mektebde, sayli
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

13-12-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ