SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Həbs edilən “Əməkdar müəllim” pulları qaytarmaq üçün vaxt istədi

Həbs edilən “Əməkdar müəllim” pulları qaytarmaq üçün vaxt istədi

Tarix:

29-01-2018, 13:12

/ 1 269 dəfə oxundu.
Həbs edilən “Əməkdar müəllim” pulları qaytarmaq üçün vaxt istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 62 yaşlı əməkdar müəllim Nuriyyə Ağayevanın məhkəməsi keçirilib.

Hakim Faiq Qəniyevin icraatında olan prosesdə N.Ağayeva pulu ödəmək üçün vaxt istəyib: “Mən pulu alıb başqa bir adama vermişəm. Onunla danışdım, pulları qaytaracağını dedi. Siz də mənə vaxt verin. O məni hədələyir ki, adını çəkməyim. Ona görə də deyə bilmirəm”.

İttihama görə, N.Ağayeva 5 nəfərdən pul alaraq övladlarını ali məktəbə qəbul etdirəcəyini deyib. Lakin vədinə əməl edə bilmədib və pulu da geri qaytarmayıb.

Filologiya elmləri namizədi olan N.Ağayeva 2000-ci il martın 18-də "Əməkdar müəllim" adına layiq görülüb. İşdən çıxdıqdan bir müddət sonra həbs edilib.

Şərhlər

XƏBƏR LENTİ