SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İki qurum “28 may” dakı partlayışın məsuliyyətindən yayınır - Müəmmalar

İki qurum “28 may” dakı partlayışın məsuliyyətindən yayınır - Müəmmalar

Tarix:

29-01-2018, 09:26

/ 1 177 dəfə oxundu.
İki qurum “28 may” dakı partlayışın məsuliyyətindən yayınır - Müəmmalar

Bakının mərkəzində, metronun “28 may” stansiyasının yaxınlığında baş verən partlayışa səbəb qazıntı işləri olub
Qazıntı işləri zamanı qaz kəmərinə toxunulub. Nəticədə bir nəfər ağır yanıq xəsarətləri alıb.
Hadisə "Ofisait" mağazasının yanındakı obyektdə baş verib. Partlayış zamanı "Ofisait" mağazasına da ziyan dəyib.
Yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən həmin şəxs 1961-ci il təvəllüdlü Zahid Şükür oğlu Mahmudovdur. Onun vəziyyəti ağır qiymətləndirilir.
Hadisə yerinə gəlmiş “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev jurnalistlərə açıqlama verib.
O bildirib ki, ilkin olaraq hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur. Onun sözlərinə görə, MTK-nın qaz xəttinə toxunma olub.
“Dünən ərazidə hansısa qazıntı işləri aparılıb və aydın hiss olunur ki, MTK-ya gedən qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir”.
“Azəriqaz” rəsmisi əlavə edib ki, hadisə ilə əlaqədar 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb.
Bura qazıntı aparılan ərazidir və hansı qurum tərəfindən aparılması ilə bağlı heç bir məlumat yoxdur. Partlayışa birbaşa bu qazıntının səbəb olduğu deyilir.
Məsuliyyəti heç bir qurum üzərinə götürmür. Açıqlamalara diqqət edək:
Azəriqaz İstehsalat Birliyinin baş direktor müavini Ruslan Əliyev:
"Sözügedən ərazidən "Azəriqaz"a məxsus hər hansı bir qaz kəməri keçmir. Qaz kəməri yolun əks tərəfindən keçir. Buradan keçən qaz kəməri isə MTK-ya məxsusdur və hündürmərtəbəli binanı qazlaşdırır.
Həmin ərazidə dünən qazıntı işi aparılıb. Binanın düz yanında. Çox güman ki, kəmərə toxunulub".
Partlayış baş verən dəftərxananın sahibi İsrail Yusifov: "Binanın zirzəmisinə su dolmuşdu. Buna görə də “Azərsu” kanalizasiya xəttini düzəltmək üçün iş aparıb.
Bu zaman da qaz borusunu zədələyiblər. Nəticədə sızma baş verib. Yəqin ki, “Azərsu” dəymiş ziyanı ödəyər”.
“Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı: "Partlayış baş verən bina yeni tikilidir.
Yeni tikililərdə isə işləri korporaritvlər özləri aparır. Biz heç bir qazıntı aparmamışıq. Bu bizim xidmət sferamıza aid deyil”.
Bu hadisədə təxribat izi görünmür. Ancaq bu hadsədən bir gün qabaq da mikroavtobus yolda alışıb yanmışdı.
Amma bu partlayış sırf qazıntıdan olub və qurumlar məsuliyyətdən yayınırlar. Sosial şəbəkə istifadəçiləri yazırlar ki, yekunda hansısa fəhləni həbs edəcəklər.
Bakının Nəsimi rayonunda partlayış baş vermiş yaşayış binasının sakinləri hazırda mənzillərinə buraxılmırlar.
Sakinlərin sözlərinə görə, onlara bir neçə gün qohumlarının evlərində qalmaq təklif olunub.
Sakinlər mənzillərinə binanın yaşamağa yararlı olub-olmaması ilə bağlı araşdırmalar yekunlaşdıqdan sonra köçə biləcəklər.
Qeyd edək ki, bu gün səhər saatlarında Dilarə Əliyeva küçəsində 18-də çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş verib.
Nəticədə, binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 500 m2 olan dəftərxana ləvazimatları mağazasının içərisinin konstruktiv elementləri (satış rəfləri, alkopan konstruksiyalar və tavanı) dağılmış, qapı-pəncərələri çərçivədən çıxmış, binanın ikinci və üçüncü mərtəbələrinin və yaxınlıqda yerləşən bəzi binaların pəncərə şüşələri qismən sınıb.
Bina yanğından mühafizə olunub. Hadisə zamanı mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ