SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıt LAVAMED klinikasında insanlar şərlənir - SƏS YAZISI

Sumqayıt LAVAMED klinikasında insanlar şərlənir - SƏS YAZISI

Tarix:

26-01-2018, 15:06

/ 2 926 dəfə oxundu.
Sumqayıt LAVAMED klinikasında insanlar şərlənir - SƏS YAZISI

Bir neçə gün öncə Sumqayt şəhəri, Heydər Əliyev prospekti 23 ünvanında, 1 saylı doğum evinin yanında yerləşən "Lavamed" Klinikasının sahibi sayılan Əhməd Quliyevin insanların səmimiliyindən istifadə edərək bir neçə şəxsə külli miqdarda pul atması və həmin kilinikaya haram pulla yiyələnməsi ilə bağlı saytımızda geniş bir yazı dərc etmişdik.
Hal-hazırda sözügedən cinayət işi Ağır Cinayətlər Məhkəməsində olduğundan məhkəmə prosesinin gedişatına mane olmamaq üçün şikayətçilərin adların şərti yazmışdıq.
Belə ki, Əhməd Quliyev bir neçə insanların etibarından sui-istifadə edərək, analoqu olmayan dələduzluq edərək Xalidə xanımın 317000 AZN, Yasin müəllimin 260000 ABŞ dolları ,Elşad müəllimin 10000 AZN pullarını mənimsəmişdir.(Adlar şərti saxlanılır)
Böyük bir iş qurmaq adı ilə alınan bu pullar adı çəkilən insanları evsiz-eşiksiz qoyub, çöllərə salmağa səbəb olmuşdur. Əhməd Quliyevin iş bazlıq məharəti "Çox gözəl alınsa da", günahsız insanların evlərində, ailələrində böyük söz-söhbət salaraq intihar həddinə geniş bir yol açmışdır.
Bir sözlə, Yasin müəllimə vəd etdiyi obyekti yenidən Xalidə xanıma da söz verib, sonra isə bir nəfər xanıma 825 kv.m obyekti 5 aylıq sələmlə 200000 AZN pula problemli şəkildə satmışdır.
Biz də redaksiyamıza müraciət edən vətəndaşların şikayəti əsasında Əhməd Quliyevin və onun rəhbəri olduğu "Lavamed" klinikasında olan özbaşınalıqlarla bağlı yazını dərc etdik. Qarşı tərəfin mövqeyin öyrənmək üçün Əhməd Quliyevlə əlaqə saxladıq. Doğrudan, çox səmimi danışdı, bilindi ki, insanla dil tapmaqda "mahir ustadır". Birbaşa bizimlə dost olacağını söylədi, mən sizinlə əlaqə saxlayacam,iclasdayam deyib telefonu söndürdü.
Bir neçə saat keçdikdən sonra başqa bir nömrədən Əhməd Quliyevin köməkçisi adı ilə Əzimə adlı bir xanım bizimlə əlaqə saxladı.Əslində, biz Əzimə xanım barədə Sumqayıt sakinlərindən eşitmişdik. "Lavamed kilinikasına"gələn insanlar Əziməni Əhməd bəyin həm yaxını, həm də böyük qayğı ilə müdafiəçisi kimi tanıyırlar. Buna misal olaraq, sözügedən məsələ ilə bağlı Yasin adlı şəxs(ad şərtidir)Əhməd Quliyevdən öz halal pulunu tələb etmək üçün "Lavamed"kilinikasına gedəndə Əzimə xanım Yasin bəyə hücum edib, 102 xidmətinə zəng edib borc yiyəsin şərləmişdir.
Doğrudan, bizə də maraqlıdır Əzimə xanım Əhməd bəyin vəkilidir ya "Lavamed"kilinikasının işçisi? Bu məsələ ilə bağlı yollandıq "Lavamed"kilinikasına, hər yer kamera idi. Yasin müəllim həmin gün təhlükəsizlik kameraları vasitəsi ilə şərləndiyi məlum olduğundan ehtiyatımızı əldən vermədik.
Kilinikaya daxil olarkən, Əzimə xanımı soruşduq. Əzimə xanım özünü adi işçi kimi aparmırdı, hətta işçilərin belə xanımdan çəkindiyini hiss etdik. Əhməd bəyin otağına qalxdıq, yenə də Əzimə xanım yanımızda oldu.Demək olar ki,Lavamedi Əzimə xanım idarə edirdi. Beləliklə,biz də bir Azərbaycanlı kimi Əhməd Quliyevdən insanların pulunu qaytarmasını xahiş etdik.
Əhməd Quliyev çox danışa bilmirdi, çünki Əzimə xanım imkan vermirdi. Əhməd bəy də saytımızda yazının getməməsin israrla desə də, biz vətəndaşları ələ salmağını, onları evsiz qoymağını böyük xahiş etdik.
Nəhayət, yazını saytımızda verdik, axı bu qədər haqsızlıq olmaz? Əhmədin Əziməsi öz "qabiliyyətin" görsəfib, telefonumuza zəng edərək hədə ilə yazının yığışdırmağımızı istədi, biz də cavabımızda Əzimə xanıma bildirdik ki,ay xanım bura bazar deyil, Xəbəral.az saytıdır. Əzimə xanım isə bizi Korrupsiya qarşı Mübarizə İdarəsi ilə hədələyərək nəşriyyata gəlib, bizi orda sürüyəcəyini dedi. Doğrudan maraqlıdır, Əzimə xanım Lavamedin işçisidir ya Əhməd Quliyevin adam şərləyəni? Dəfələrlə yazını silməyimizi istədi, silməsək bizdən 1200 m pul istəmisiz deyərək şərləyəcəm sizi dedi.
Eşitdiklərimiz başımıza gəldi. Bir daha şahid olduq ki,Əzimə xanım " Lavamed"klinikasına gələnləri bax bu cür rüşvətlə şərləyib tutduracağın bildirir. İnanırıq ki, yaxın günlərdə Əhməd Quliyevə ona yaxın olan Əzimə xanım sadə aldanmış vətəndaşların pulunu qaytaracaq ya da ən azından qanun qarşısında cavab verib lazımı cəzalarını alacaqlar. Azərbaycan Respublikasında qanunlar və qanundan qorxmayan bəzi insanlar var.
Biz də öz növbəmizdə Əhməd Quliyev tərəfindən aldadılan insanların haqq səslərini saytımızda işıqlandırmağa daimi hazırıq.
Bizi şərləməyə çalışan Əzimə xanımın səs yazısın sizlərə təqdim edirik.



Keçən yazınıda olduğu kimi zizlərə təqdim edirik:

Son zamanlarda ölkədə dələduzluq hadisələri get-gedə artmağa başlayıb. Belə hadisələrdən biri də Sumqayıt şəhərində baş vermişdir. Redaksiyamıza daxil olan şikayət əsasında həmin dələduzluq hadisəsi ilə bağlı Sumqayıt şəhərində yollanıb, kiçik bir araşdırma apardıq.
Araşdırmamız nəticəsində məlum oldu ki, Sumqayıt şəhər sakini 1971-ci il təvəllüdlü Quliyev Əhməd Feyruz oğlu indiyədək analoqu olmayan dələduzluq sxemi qurmuş və onu himayədarları olan məmurların köməyilə həyata keçirmişdir. O ayrı-ayrı vaxtlarda şərikli iş qurmaq, əmlak vəd etmək adı ilə bir çox vətəndaşları, o cümlədən Xalidə xanımı aldadaraq onun 317000 AZN, Yasin müəllimi aldadaraq 260000 ABŞ dolları, Elşad müəllimi aldadaraq 10000AZN pulunu ( zərərçəkən şəxslərin adları şərtidir) mənimsəmişdir. Dəhşətli tərəfi orasıdır ki, 2013-cü ildə Yasin müəllimə vəd etdiyi əmlakı sonra Xalidə xanıma vəd edib, daha sonra həmin, sahəsi 825 kv.m olan obyekti Yolçuyeva Fatma Məhəmməd qızı adlı şəxsə 200000AZN pulu aylıq 5% sələm müqabilində aldadaraq problemli şəkildə satıb. Çünki onlar alqı-satqını başa çatdıranda artıq həmin obyekt həbs altında olub. XəbərAl.az xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsi hakimləri tərəfindən Quliyev Əhmədin açıq-aşkar himayə olunması Sumqayıtda hüquq-mühafizə orqanlarının əl-qolunu bağlamaqla yanaşı, həm də onları heyrətə gətirib. Həmin hakimlərdən öz səlahiyyətlərini aşaraq növbəti instansiya məhkəmələrində öz tanışları vasitəsilə Quliyev Əhmədin işini danışıb, düzüb qoşanları da var. Quliyev Əhməd mənimsədiyi pulları “ səxavətlə” bölüşdürdüyündən himayədarlar həvəslə tapılır. Bunun nəticəsində Quliyev Əhməd özgə pulları ilə tikdirdiyi Sumqayıt şəhər Heydər Əliyev prospekti 23 ünvanında yerləşən 4 mərtəbəli təxminən 1400 kv.m sahəsi olan obyekti yeni-yeni qurbanlarına göstərib özünü iş adamı kimi təqdim edir və onları aldadaraq pullarını mənimsəyir. Onun mənimsədiyi pullar banklarla birlikdə 1500.000 AZN-i, qurbanlarının sayı isə 14-ü ötür. Onun payladığı rüşvətlər 260 000 AZN-dən çoxdur.
Araşdırmada hətta o da məlum oldu ki, Quliyev Əhməd adam aldatmaqda çox mahir usta olduğundan borc aldıqları adamları yoldan çıxarıb, onların çoxunu şikayət etməkdən çəkindirir. Yasin müəllim, Xalidə xanım, Elşad müəllim isə 3 ildən artıqdır ki, ölkə prezidentindən, Daxili İşlər Nazirliyindən, Baş Prokurorluqdan başlayaraq, bütün aidiyyatı orqanlara şikayət etsələr də, tədbir görülmür, Quliyev Əhməd Konstitusiyanın bütün maddələrini bir-bir satın alır. Hal-hazırda ona qarşı bir neçə məhkəmə işi, cinayət işi açılsa da bütün məhkəmələrdə hətta Ağır Cinayətlər Məhkəməsində də onun bəraət alınması məsələsi qiymət edilib, danışılıb.
Ölkə Prezident cənab İlham Əliyevin əcnəbi və yerli işadamlarını Azərbaycana sərmayə yatırmağa dəvət etdiyi bir vaxtda Sumqayıtın ən mərkəz küçəsində yatırım edənlərin belə kütləvi şəkildə aldadılması və onun hansısa məmurlar tərəfindən himayə edilməsi ikiqat, üçqat cinayətdir. Ölkə Prezidentimizə, müqəddəs qanunlarımıza xəyanətdən başqa bir şey deyil. Ulu Öndərin məhşur bir kəlamı var : “ Cinayətkar azadlıqda, günahsız həbsdə qalsa, dövlət sarsılar “
Quliyev Əhməd əlində olan dövlət sənədləri ilə “ mən dələduzam” desə də, hər yerdə onun başını və cibini sığallayıb buraxırlar. O hər dəfə borcunu istəməyə gələnlərə qarşı düzəltdiyi hay-küy, vay-şüvən dəstəsini irəli verib yola salır.
Araşdırmamız davam edir. Ümid edirik ki, redaksiyamıza ünvanlanan bu şikayətə və araşdırmamıza aidiyyatı qurumlar tərəfindən gözlənilən cavab veriləcəkdir. Qarşı tərəfi dinləməyə hazırıq.

Qarşı tərəfin mövqeyin dinləməyə hazırıq.

Xəbəral.az

Şərhlər

XƏBƏR LENTİ