SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Mustafa Topaloğlu Stomotoloji klinikası"- niyə LİSENZİYASIZ FƏALİYYƏT göstərir?

"Mustafa Topaloğlu Stomotoloji klinikası"- niyə LİSENZİYASIZ FƏALİYYƏT göstərir?

Tarix:

24-01-2018, 16:40

/ 3 592 dəfə oxundu.
"Mustafa Topaloğlu Stomotoloji klinikası"- niyə LİSENZİYASIZ FƏALİYYƏT göstərir?

Xətai rayon, Məhəmməd Hadi küçəsi 229-243 ünvanında 9 mərtəbəli binanın 1-ci mərtəbəsi demontaj və rekonstruksiyasında əsaslı dəyişiklik edilməklə Yaşayış binasını açıq aşkar qəzalı vəziyyətə yaxın etmiş, bununla bərabər, sözügedən məkanda stomotoloji avadanlıqlar da yerləşdirilməklə Sahibkarlıq obyekti təşkil edilmişdir.
Araşdırma zamanı burada bir sıra neqativ halların və kobud qanun pozuntularının da şahidi olduq. Beləki, özlərinin bildirdiyinə görə, 2017-ci ilin sentyabr ayından istifadəsinə başlamaqla Stomotoloji xidməti həyata keçirən sahibkar Mustafa adlı şəxs və onun bu obyektdəki nümayəndəsi adının isə naməlum səbəbdən gizli saxlayaraq açıqlama verməkdən boyun qaçıran ortayaşlı bir kişi, sorğumuz zamanı bir sıra maraqlı açığlamaları ilə yadda qaldı. Həmin şəxs ilk öncə sahibkar Mustafanın burada olmamasını bildirməsi ilə yanaşı, Lisenziya barəsində də bir sıra gülməli səslənən cavabları səsləndirdi.
İlk öncə onu qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən xüsusi icazə alındıqdan sonra bu növ sahibkarlıqla məşğul olmaq olar. Lakin Mustafa bəyin rəhbəri olduğu bu Stomotoloji klinikanın Dövlətimizin Əhali sağlamlığının qorunması ilə məşğul olan bir qurumunun -Respublika Səhiyyə Nazirliyinin xüsusi icazəsi olmadan fəaliyyət göstərməsini çox təəssüf hissi ilə qeyd etmək məcburiyyətindəyəm. Sorğu zamanı adını bildirməyən həmin orta yaşlı şəxs bizə lisenziya barədə bucür fikir səsləndirdi: " Biz lisenziya ilə bağlı sənədləri müraciətimizlə birgə Səhiyyə Nazirliyinə göndərmişik, bu yaxında cavab gələcək!" Nə qədər gülünc səslənsə də, bu stomotoloji klinikada qeyri-müəyyən ştatda olan bu şəxs bizi bucür inandırmağa çalışırdı. Daha sonra orada uniforma geymiş bir sıra stomotoloqa yaxınlaşıb əmək müqaviləsi bağlanılıb-bağlanılmaması ilə bağlı sorğunu davam etdirdik. Hər bir stomotoloq ayrı-ayrılıqda eyni cavabı verərək bildirdilər ki," Biz bu barədə heç nə deyə bilmərik!".
Əmək Müqaviləs ilə bağlı onu bir daha xatırladaq ki, Əmək Qanunvericiliyin müvafiq maddəsində qeyd edilmişdir ki, " İstənilən növ fiziki işi və ya xidməti həyata keçirtmək məqsədilə işə götürən tərəfindən 2 və ya artıq işçinin Əmək müqaviləsiz işə cəlb eləmək qanunaziddir. Fiziki şəxslər birinci dəfə beş min manatadək İnzibati Xətalar haqqında Məcəllənin tələbi ilə cərimə olunurlar.
İndi bu baş verənlərlə bağlı, hamıya da maraqlı olar ki, aidiyyatı üzrə olan qurum rəsmiləri bu adıçəkilən obyektdə təftişi həyata keçirərək hansı tədbiri həyata keçirdikləri barədə media orqanlarında məlumatlandırsınlar. Media qurumu olaraq həmin qurumlara sorğumuzdan sonra aydın olacaq ki, Xətai rayonu ərazisində yerləşən "Mustafa Topaloğlu" Klinikasının qanunsuz fəaliyyətiylə bağlı hansı müvafiq tədbirlər həyata keçirilib...?
"Mustafa Topaloğlu" Klinikasının qanunsuz fəaliyyətinin olması ilə əlaqədar apardığımız araşdırma əsnasında “reket” müdafiəçisi qismində bizimlə təmasa keçən özünü “ANS” telekanalının keçmiş əməkdaşı kimi təqdim edən şəxsin məhz bu obyektin qoruyucu mələyi olduğu müəyyən edildi. Heç kəsə sirr deyil ki, keçmiş MTN ləğvindən dərhal sonra yeni yarar qurum reketçilik fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlı təxirə salınmaz əməliyyatlar həyata keçirmişdir. Və həmin əməliyyatlardan yayınmağa müvəfəq olanlarda oldu. Onlar bu gün artıq yenidən aktivləşərək medianı bataqlığa çəkməyə qərarlı addımlar atmaqdadırlar. Özünü Keçmiş ANS telekanalının işçisi kimi təqdim edən Hikmət adlı şəxs (055-242-72-04) jurnalistə zəng açaraq klinikanın bir növ müdafiəçi qismində bir sıra "məsləhət"-lərini verdi. Onunla danışığımız əsasında məhz görəsən biz kor idikmi sualı məndə yarandı. Bu qədər çirkablarla qanunsuz sahibkarlıq fəaliyyətini mənimsəyən şəxsə böhtanmı atdıq düşüncəsinə qapıldım. Amma heçdə elə deyil həqiqət nə qədər acı olsada "Mustafa Topaloğlu" Klinikasının rəhbərinin məhz qanunları tanımaması onlara hörmətlə yanaşmaması Dövlət və dövlətçiliyi tanımaması qərarına gəlmək səbəbiyəti verməkdədir.
Hikmət adlı keçmiş “ANS” əməkdaşı kimi özünü təqdim edən şəxsə isə bildirmək istəyirik, siz hər zaman döyüş alnımıza yazılıb ifadəsi ilə işlədiyiniz zamanlar bitdi. Jurnalist söz altında gizlənmək dövrü bitib cənablar. Həqiqətlər heç zaman ömürlük bağlı qalmır. Hikmət bəy indi bu qeyd edilənləri oxuyandan və məlumatlı olduqda, bir daha bilməlidir ki, müdafiə etdiyi bu klinikaya "Krişa"-lığa bənzər hər hansı bir hərəkət özü bir məsuliyyət yaradır. Şah qanun deyil, qanun şahdır!!!
İnanırıq ki, sözü gedən stomotoloji klinikada baş verənlərə çox qısa zamanda aidiyyatı qurumlar tərəfindən müdaxilə edilərək əhalinin həyatına təhlükə olan hər bir fəaliyyətin dayandırılmasına nail olunacaqdır..

Mövzunu diqqətdə saxlayırıq!

BakuNews.Az

Şərhlər

XƏBƏR LENTİ