SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sələmçi qadın notariusa böhtan atıb?

Sələmçi qadın notariusa böhtan atıb?

Tarix:

18-05-2016, 13:35

/ 1 827 dəfə oxundu.
Sələmçi qadın notariusa böhtan atıb?

Mayın 14-də Kafkaznews.az saytında “Sələmçi qadın cinayətkar şəbəkə yaradıb?” başlıqlı yazı dərc olunmuşdu. Yazıda qeyd olunurdu ki,bu günlərdə bizə Cəlilabad sakini Nadir Zeynalov müraciət edib. O, Fatma Yolçiyeva adlı sələmçi qadının çevirdiyi fırıldağın qurbanı olduğunu bildirib.
“2011-ci ildə mənim pula ehtiyacım var idi, borca pul axtarırdım. Ortaq tanışlar vasitəsilə Fatma Yolçiyeva adlı qadını tanıdım. Mən Fatmadan 10 min manat borc istədim və o, məndən Nərimanov rayonunda olan 55,4 kvadrat metrlik obyektimi, 3,4 sot torpağı girov istədi. Fatma mənə dedi ki, mənə o məbləği verə bilər, amma aylıq 10 faizlə. Mənə vacib pul lazım idi, ona görə razılaşdım. Onun sözlərinə görə, guya bu pulu başqasından alacaqdı və 10 min məbləğin 4 faizini əvvəlcədən “şapka” kimi götürəcəkdi. O demişdi ki, borc notarial qaydada rəsmiləşməlidir və mən də razılaşdım”, – deyə N.Zeynalov qeyd eidb.

“Məgər fiziki şəxslərin özgəsinin mülkiyyətini girov götürmək ixtiyarı var?”, – deyə soruşduq.

“Fatma Yolçiyeva dedi ki, var”, – deyə Nadir Zeynalov bildirdi. Bundan sonra, Nadir Zeynalovun sözlərinə görə, 2012-ci ilin 10 yanvar tarixində F.Yolçiyeva ilə Bakıdakı 9 saylı Notariat kontoruna gediblər.
“Mən içəri girmədim.Fatma mənə imzalamaq üçün boş blanklar gətirdi və dedi ki, sən sadəcə imza at, hər şeyi özüm edəcəm”, – deyə N.Zeynalov bildirib.
O, 8 ay ərzində hər ay 1000 manat olmaqla, Fatma Yolçievaya 8 min manat verdiyini deyib: “Fatma Yolçiyevanın mənə verdiyi 10 min manatdan 500 manatını dərhal məndən aldı. Fatma məndən hər ay 10 min manatın 10 faizi kimi 1000 manat pul tələb etdi. Mən 8 ay içində ona 8 min manat verdim. Şahidlərim də var. Gördüm ki, ona 8 min manat pul vermişəm, hələ də 10 min manat qalıb, belə getsə, bu borc bitməyəcək. Fatmaya təklif etdim ki, gəl sənin pulunu tam qaytaraq, obyekti girovdan çıxardaq. Lakin Fatma Yolçiyeva mənim obyektimi qaytarmaqdan imtina etdi. Fatma mənə deyir ki, 55 min manat gətir, obyekti qaytarım. İndi mülkiyyətimi geri ala bilmirəm”.notarius-1

Biz Nadir Zeynalovun dediklərini yoxlamaq qərarına gəldik və 9 saylı Notariat Kontoruna baş çəkdik. Məlum oldu ki, F.Yolçiyeva ilə N.Zeynalov arasında girov yox, alqı-satqı müqaviləsi imzalanıb.

Belə şey ola bilər? Axı Nadir Zeynalov deyirdi ki, Fatma Yolçiyeva ilə girov müqaviləsi imzalayıb.

Nadir Zeynalov kavkaznews.az-a bildirdi ki, o, boş blanklar imzalayıb və söhbətin alqı-satqıdan getdiyini bilməyib.

Şikayətçi buna isbat olaraq bizə həmin qadının ona sələm verdiyini təsdiq edən videonu təqdim edib.

Videoda Fatma Yolçiyeva adlı qadın həqiqətən də Nadir Zeynalova deyir ki, ona faizə pul verib, alqı-satqı işini isə 2012-də yox, 2013-də gerçəkləşdirib.

IMG_1542-1“Sən pulu qaytarmırdın, mən də səni tapmadım. Onda məcbur oldum sənin torpaq sahəni və obyektini alqı-satqı ilə adıma keçirim”, – deyə F.Yolçiyeva videoda etiraf edir.

“Mənim iştirakım və razılığım olmadan 9 saylı Notariat Kontoru alqı-satqını necə qeydə alıb?” – deyə Nadir Zeynalov həmin görüntülərdə soruşur, lakin F.Yolçiyeva bu sualı cavabsız qoyur.

Mayın 18-də biz araşdırmanı davam etməyi qərara aldıq. Xatırladaq ki, Nadir Zeynalov kavkaznews.az saytına 9 saylı Notariat Kontorundan əldə etdiyi, obyektin alqı-satqısına dair “Texnikabank”dan kassa orderinin surətini təqdim edib. Həmin kassa orderində Nadir Zeynalova 20 min manatın verildiyi yazılıb.

“Guya bu pul mənim obyektimin və torpaq sahəmin satışından mənə verilib. Sizi inandırıram ki, mən bu pulu görməmişəm. Kim hesabıma pul qoyub, kim çıxarıb, xəbərim yoxdur”, – deyə N.Zeynalov bildirib.Fatma9-1-1

Biz öyrənməyə çalışdıq, “Texnikabank” ASC-də müştərinin xəbəri olmadan onun hesabından pul çıxarılması necə mümkündür?

Tanınmış iqtisadçı Oqtay Haqverdiyev bildirib ki, belə hallar barədə cəmiyyətdə məlumat az deyi. O qeyd edib ki, “Texnikabank” müflis olduğunu elan edib: “Mərkəzi Bank “Tenxikabank”ın iflasını elan etməyə hazırlıq üçün yeni direktor təyin edib. Odur ki, bu sualla Mərkəzi Banka müraciət edə bilərsiniz”.

Biz Mərkəzi Banka müraciət etdik. AMB-dən bildirdilər ki, banklarla Maliyyə Bazarlarına Nəzarət Palatası məşğul olur.

Biz Maliyyə Bazarlarına Nəzarət Palatasının banklara nəzarət şöbəsinə zəng etdik, lakin əməkdaşlar bizim suallara cavab verməkdən imtina etdilər.

“Sələmçi qadın cinayətkar şəbəkə qurub?” başlıqlı yazıda qeyd etmişdik ki, F.Yolçiyeva “2013-cü ildə adıma keçirdim” dediyi obyekti məhz 10 yanvar 2012-ci il tarixiylə rəsmiləşdirib. Belə çıxır ki, 9 saylı Notariat Kontoru alqı-satqı aktını köhnə tarixə qeyd etməklə saxtakarlığa yol verib? Biz 9 saylı Notariat Kontoruna zəng edərək, F.Yolçiyevanın sözlərini şərh etməyi xahiş etdik.

“Bu, yalan və böhtandır. Biz alqı-satqı aktını köhnə tarixlə rəsmiləşdirmirik”, – deyə kontordan bildirdilər.
Sələmçi qadın notariusa böhtan atıb?
Sələmçi qadın notariusa böhtan atıb?
Sələmçi qadın notariusa böhtan atıb?
Kavkaznews.az

Şərhlər

XƏBƏR LENTİ