SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sələmçi qadın tərəfindən əmlakı mənimsənilən sahibkar mətbuat konfransı keçirəcək

Sələmçi qadın tərəfindən əmlakı mənimsənilən sahibkar mətbuat konfransı keçirəcək

Tarix:

14-02-2017, 22:57

/ 1 329 dəfə oxundu.
Sələmçi qadın tərəfindən əmlakı mənimsənilən sahibkar mətbuat konfransı keçirəcək

Sudef Məcidov 1,5 milyon manat dəyərində olan obyektinin Fatma Yolçiyeva tərəfindən fırıldaq nəticəsində ələ keçirildiyini iddia edir

Fevralın 16-da Qafqaz Xəbər Media Mərkəzində Fatma Yolçiyeva adlı qadın tərəfindən aldadıldığını və müflisləşdirildiyini iddia edən Sudef Məcidov mətbuat konfransı keçirəcək.
S.Məcidov bu barədə Qafqazxeber.az-a bildirib:

”Belə ki, 200 min manat sələm üçün “girov müqaviləsi” adı ilə məni aldadaraq, 1,5 milyon manat dəyərində əmlakımı ələ keçirən Fatma Yolçiyeva mənim bundan əvvəl mətbuata etdiyim müraciətlərə görə də, müəyyən hüquq mühafizə orqanlarına pul verdiyini, özümü isə tezliklə “tutduracağını” deyir.

Mən yaxın illərə qədər Hüseynbala Əliyev 15 ünvanında qanuni sahibkarlıqla məşğul olurdum. 2011-ci ildə mənə böyük məbləğdə pul lazım olduğuna görə, borc axtarırdım. Bu vaxt Fatma Məhəmməd qızı Yolçiyeva ilə tanış oldum. O, mənə lazım olan 200 min manatı aylıq 7,5 faizlə verəcəyini, əvəzində isə girov qoyulmasının lazım gəldiyini bildirdi. Beləliklə, Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi 15 ünvanında yerləşən 180 kvadrat metrlik mağazamı Yolçiyeva Fatma Məhəmməd qızı girov adı ilə aldadaraq ələ keçirdi”.

S.Məcidov Fatma Yolçiyevanın əməlləri barədə mətbuat nümayəndələrinə geniş açıqlama vermək, KİV vasitəsilə ölkə rəhbərliyinin məsələyə diqqətini çəkmək istədiyini qeyd edib.

Tədbirə müxtəlif KİV nümayəndələri və hüquq müdafiəçiləri, aidiyyatı qurum və tərəflərin nümayəndələri dəvətlidirlər.

Mətbuat konfransı 16 fevral 2017-ci il tarixdə , saat 15:00-dan 16:00-a qədər “Xətai” metrostansiyasının yaxınlığı, S.Vəzirov 11 D ünvanında Qafqaz Xəbər Media Mərkəzində baş tutacaq.

Əlaqə

Ünvan:
Bakı şəhəri Xətai r-nu, S.Vəzirov küçəsi ,ev 11D

Əlaqə telefonları:
(+99450) 490-21-41
(+99470) 490-21-41
(+99412) 490-21-41

Şərhlər

XƏBƏR LENTİ