SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azad müəllim bilirmi ki, dövlət bu obyektlərə milyonları sərf edib...

Azad müəllim bilirmi ki, dövlət bu obyektlərə milyonları sərf edib...

Tarix:

24-01-2018, 10:05

/ 1 355 dəfə oxundu.
Azad müəllim bilirmi ki, dövlət bu obyektlərə milyonları sərf edib...

Son illər Azərbaycanda dövlət səviyyəsində idmana xüsusi qayğı göstərildiyi və bu sahəyə daha çox pul ayrıldığı danılmaz faktdır. O da sirr deyil ki, son illər yeniyetmələr arasında daha çox futbol və üzgüçülüyə maraq artıb. Amma bu marağa mane olan ciddi əngəllər var. Bu gün 35 rayonda fəaliyyət göstərən Olimpiya idman komplekslərindən istifadə imkanları hamı üçün əlçatan deyil.Daha doğrusu sadə vətəndaşlar üçün bu komplekslərdən yararlanmaq müşkülə çevrilib.
Problem idman təsərrüfatlarında qiymətlərin bahalığıdır.Elə bu səbəbdən də idmana olan maraq azalır və bu sahəyə yönəlmək istəyənlərin qarşısı alınır.İstər paytaxtda, istərsə də bölgələrdə fəaliyyət göstərən Olimpiya idman komplekslərindəki idman kurslarının qiymətləri “od tutub yanır”.Dəhşətlisi isə odur ki, yüksək qiymətləri təyin edən elə kompleks rəhbərləridir.Onların vacib tələblərə əməl etmələri də bu sırada yer alır.Bəllidir ki, ölkədə fəaliyyət göstərən bütün Olimpiya idman kompleklərində üzgüçülükdən başqa bütün xidmətlər pulsuz həyata keçirilməlidir.Belə olduğu halda, kompleks rəhbərləri özbaşına bütün idman kurslarına tariflər müəyyən etməklə xidmətlərdən yararlanmaq istəyənləri əsl mənada soymaqla məşğuldurlar. Sosial durumu çətin olan ailələr öz övladlarını bu xidmətlərdən yayındırmağa məhkum olurlar ki, bu da gələcəkdə idman sahəsindəki nailiyətləri, uğurları, ən əsası inkişafı ləngidir...
Bu günlərdə sosial şəbəkə istifadəçilərindən biri oğlunu üzgüçülük kursuna yazdırmaq istyərkən şok qiymətlərlə rastlaşıb.Üzgüçülük kursu keçirilən hovuzlarda qiymətlərlə maraqlanan şəxsə bu məbləğin 60 manatdan başlayaraq 100 manata qədər dəyişdiyini deyiblər.Şəxs isə bu məbləğə imkanı çatmadığından oğlunu kursa yazdıra bilməyib. Bundan şikayətlənən şəxs: “Mənim kimi milyonlarla valideyn var. Olimpiya kompleksləri, idman zalları, üzgüçülük hovuzları niyə tikilib? Əgər sadə vətəndaşlar istifadə edə bilmirsə, milyonlarla manata başa gələn bu komplekslər nəyə lazımdı? Burada olan dərslərin qiymətini kim təyin edir? İdman komplekslərində kursların qiyməti niyə bahadır?Dövlət bu sahəyə milyonlar xərcləyib, amma bu gün boş qalır, getmək olmur” deyə gileylənib.

İdman sahəsi üzrə ekspert Sərxan Musalı “Cümhuriyət” qəzetinə deyib ki, əslində bütün Olimpiya idman komplekslərində üzgüçülükdən başqa digər idman növlərindən istifadə pulsuzdur:

“Bu günlərdə Gənclər və idman naziri Azad Rəhimovun mətbuat konfransı keçirilmişdi. Həmin tədbirdə bu mövzu ilə bağlı nazirə sual verilmişdi ki, Azərbaycandakı idman komplekslərindəki xidmətlər pulludur, yoxsa pulsuzdurmu?Çünki bəzi komplekslərdə xidmətlərin pulu olduğu deyilir.Cavab belə oldu ki, bütün idman kompleksləri təsərrüfat hesablı olsa da, dövlətdən maliyyələşməsələr də onlarda olimpiya növləri üzrə kurslar tamamilə pulsuzdur.Hətta nazir belə bir cümlə də işlətdi ki, kimdənsə pul istənilsə, nazirliyə bu barədə bildirilsin, ölçü götürüləcək.Amma yalnız su idman növü pulsuz xidmətə aid deyil. O da bunu belə əsaslandırdı ki, hovuzların saxlanması yüksək xərc tələb edir. Yəni onların dərmanlanması və müəyyən görülən tədbirlərə həddindən artıq xərc lazım gəlir.Ona görə də üzgüçülük pulludur.Hesab edirəm ki, bu məsələdə boşluq çoxdur, yəni nəzarət funksiyası düzgün işləmir.Çünki hamımız yaxşı bilir ki, bütün idman komplekslərində xidmətdən yararlanmaq istəyənlərdən pul istənilir.Şərait ümumiyyətlə yoxdur.Üzgüçülüklə bağlı nazirlik də etiraf edir ki, pulludur.Amma istənilən halda Azərbaycan idman ölkəsidir deyiriksə, bu sahədə kütləvilik yaratmaq üçün şərait qurmaq lazımdır.Hər kəsə bəllidir ki, Azərbaycanda əhalinin sosial durumu nə yerdədir.Vətəndaş çörək pulunu güclə qazanırsa, övladına ayda 30-40 və ya 60 manat pul ayıra bilmir. Beləliklə də isdedadlar batıb gedir... Ona görə də nazirlik səviyyəsində buna nəzarət olunmalıdır.Yoxsa ki, bu elə gözdən pərdə asılmaq üçün tikilmiş komplekslər olaraq da qalacaq”.

Ekspert qeyd edib ki, idman kurslarını hər kompleks rəhbəri özü müəyyənləşdirir:

“Onlardan təbii ki, bunun səbəbini soruşsaq, deyəcəklər ki, müəyyən kommunal xərclər, filan var. Özlərini bununla əsaslandrmağa çalışacaqlar ki, ona görə qiymət təyin olunur. Əgər qanunla bu pulsuz olmalıdırsa, hər bir valideynin tam haqqı var ki, övladının bu kurslardan pulsuz yararlanmasını tələb etsin.Bundan əlavə komplekslərdə olan şəraitsizlik də bir problemdir.Bəlli deyil ki, onlar öz xərclərini ödəyə bilmirlər, yoxsa idarəçilik zəifdir.Hətta paytaxtın özündə fəaliyyət göstərən bir çox idman kompleksləri bərbad vəziyyətdədir.Nəzarət mexanizmi olmadığına görə hər bir eyin səviyyəsi aşağı düşür”.

Şərhlər

XƏBƏR LENTİ