yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

AMEA zülmətə qərq oldu - Milyonluq borc

AMEA zülmətə qərq oldu - Milyonluq borc
23-01-2018, 15:46 318 dəfə baxılıb

Bu gün Bakıda yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının elektrik enerjisi kəsilib.

“Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, binanın elektrik enerjisinin kəsilməsinə səbəb kimi AMEA-nın “Azərişıq” ASC-yə milyon manata yaxın borcunun olması göstərilir.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə hazırda Fransada səfərdə olduğu üçün binaya elektrik enerjisinin verilməsi ilə bağlı danışıqlar onun müavini tərəfindən aparılır.

Faktın doğruluğunu AMEA-dan təsdiq ediblər.

Adının çəkilməsini istəməyən mənbə bildirib ki, AMEA-nın yaranma günündə elektrik enerjisi yaranan borca görə kəsilib.

Qeyd edək ki, bu gün həm də AMEA-nın yaranma günüdür. 1945-ci il yanvarın 23-də AMEA yaradılıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: oldu, qerq, zulmete, borc, Milyonluq, , AMEA
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-09-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ