yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Nərimanov rayonunda “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa-yazı və rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Nərimanov rayonunda “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa-yazı və rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib
19-01-2018, 17:35 388 dəfə baxılıb

19 yanvar 2018-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda məktəblilər arasında inşa-yazı və rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərin şagirdləri iştirak etmişlər.
Tədbirdə ilk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mükafatlandırma mərasimini giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov tədbir iştirakçılarını salamladı, qalib gəlmiş şagirdləri təbrik etdi və Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi bu qətliamın Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı döyüş hissələrinin yeridilməsi nəticəsində baş verdiyini qeyd etdi. Ş.İbadov milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini bildirdi. O, həmçinin Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin həmin günlərdə xalqın yanında olmasını, ölkəmizin Moskvada nümayəndəliyindəki çıxışını, daha sonralar Azərbaycan Prezidenti kimi bu günə xüsusi status verməsini, onun davamçısı, Cənab Prezident İlham Əliyevin də bu yola sadiq qalmasını qeyd etdi. Bildirdi ki, 20 yanvar gecəsi qanlı yaddaşımız olmaqla yanaşı, həm də bir qəhrəmanlıq nümunəsidir. Biz həmin gecə Azərbaycanın suverenliyi uğrunda canından keçən insanları şəhid və əsl qəhrəman sayırıq.
Sonra Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov çıxış edərək qeyd etdilər ki, 20 Yanvar faciəsi öz torpaqlarının müdafiəsinə qalxmış, haqsızlığa və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış, bunun müqabilində güclü və qansız düş¬mən¬lə üz-üzə qalmış dinc, əliyalın insanların mərdlik, rəşadət, qürur və qəh¬rəmanlıq tarixidir. Natiqlər Azərbaycanın azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canla¬rını qurban vermiş soydaşlarımızın xatirəsinin xalqımızın qəlbin¬də daim yaşayacağına əmin olduqlarını bildiriblər.
Daha sonra inşa-yazı və rəsm müsabiqələrində fərqlənmiş və qalib gəlmiş şagirdlər təşkiltaçılar tərəfindən müxtəlif dərəcəli diplom və hədiyyələr ilə təltif olunublar.
Nərimanov rayonunda “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa-yazı və rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib
Nərimanov rayonunda “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa-yazı və rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib
Nərimanov rayonunda “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa-yazı və rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib
Nərimanov rayonunda “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa-yazı və rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib
Nərimanov rayonunda “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa-yazı və rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ve, salnamesidir, yanvar, merasimi, rayonunda, kechirilib, insha yazi, qehremanliq, mukafatlandirilma, faciesi, resm, musabiqelerinin, movzusunda, xalqimizin, qaliblerinin, 20, Nerimanov
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ