yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Kəmaləddin Heydərov evimi təmir etdirəcəyinə söz vermişdi…” – 3 övladı ilə çadırda yaşayan ata

“Kəmaləddin Heydərov evimi təmir etdirəcəyinə söz vermişdi…” – 3 övladı ilə çadırda yaşayan ata
19-01-2018, 15:20 172 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, 28 mart 2017-ci il saat 17:30 radələrində Şabranın Xırdaoymaq kənd sakini Azad Alışova məxsus 2 mərtəbəli, 8 otaqlı ev yanıb. Yanğın nəticəsində ümumi sahəsi 176 kv m olan yaşayış evi əşya və avadanlıqları ilə birgə tam yanıb, yalnız divarı qalıb.

Azad Alışov Unikal.org-a bildirib ki, evləri yandıqdan sonra həyat yoldaşım, övladlarım – 7 yaşlı Mələk, 6 yaşlı Fuad, 5 yaşlı Nihad ilə birgə Fövqəladə Hallar Nazirliyinin quraşdırdığı müvəqqəti çadır sığınacağında qalırıq:

"Sosial durumumuz çox pis vəziyətdədir. Bu soyuqda çadırda yaşayırıq. Heç kim bizə kömək etmir. İmkansızlıqdan iki övladım məktəbə gedə bilmir. Pal-paltarları yoxdurki təhsil almağa göndərim. Soyuq havada çadırda yaşamağa məcbur qalmışıq. Ölümlə üz-üzəyik. Çadırda uşaqlarımın ciyərləri soyuqlayıb. Ağrıdan yata bilmirlər. Az qalıb ki, vərəm olsunlar. İmkansızlıqdan həkimə də apara bilmirəm. Belə getsə, evim kimi övladlarımı da itirəcəm. Bu gedişata dözə bilmirəm. Yalvarıram bizə kömək edin. Ölkə başçısı İlham Əliyev, 1-ci vitse-prezident hörmətli Mehriban xanım Əliyevadan yardım istəyirik. Müvafiq qurumlara məsələ ilə bağlı müraciət etsəm də, təəssüf ki, heç kim bizimlə maraqlanmır”.

Azad Alışov yanan evinin təmir olunması üçün Kəmaləddin Heydərovun qəbulunda olduğunu da deyib: "Nazir mənə söz vermişdi ki, evim təmir olunacaq və bunun üçün bütün köməklik göstəriləcək. Amma bu günədək heç bir köməklik olunmayıb. Ümüdümü yenədə üzməmişəm”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ovladi, chadirda, vermishdi, ile, Kemaleddin, yashayan, temir, evimi, Heyderov, 3, soz, etdireceyine, ata
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-02-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ