SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sonuncu dəfə sovetlərdə asfalt görən Zabrat qəsəbəsi - VİDEO

Sonuncu dəfə sovetlərdə asfalt görən Zabrat qəsəbəsi - VİDEO

Tarix:

19-01-2018, 15:11

/ 2 420 dəfə oxundu.
Sonuncu dəfə sovetlərdə asfalt görən Zabrat qəsəbəsi - VİDEO

Zabrata dönən maşınlar sürətini azaldır. Sürücülər kələ-kötür yollara düşməmək üçün ehtiyatla sürürlər. Sakinlər isə palçığa batmasınlar deyə gedəcəkləri yolu dəyişirlər. Sonuncu dəfə Sovet dövründə 2-ci Zabrat İstixana Kombinatına asfalt çəkilib.

Sakinlər bildirir ki, qəsəbənin kanalizasiya sistemi düzəlməlidir ki, asfalt çəkilsin. Amma bu problemi də həll edən yoxdur.

Zabrat bələdiyyəsinin sədr müavini Vahid Kərimov bildirir ki, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində Zabratda müəyyən yollar asfaltlanıb. Qalan yolları bərpa etməyə daxili vəsaitləri bəs eləmir.

Sabunçu Rayon İcra Hakimiyyətindən məlumat almaq mümkün olmayıb.

Sakinlər də müraciət etdikləri dövlət qurumlarından müsbət cavab ala bilmirlər.

Şərhlər

XƏBƏR LENTİ