SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ələt qəsəbəsində itkin neftçilərdən olduğu güman edilən kişi meyiti tapılıb

Ələt qəsəbəsində itkin neftçilərdən olduğu güman edilən kişi meyiti tapılıb

Tarix:

17-02-2017, 23:24

/ 1 615 dəfə oxundu.
Ələt qəsəbəsində itkin neftçilərdən olduğu güman edilən kişi meyiti tapılıb

Ələt qəsəbəsində dənizin sahilində naməlum kişi meyiti tapılıb.

Bu gün axşam saatlarında Qaradağ rayonunun Ələt qəsəbəsində Xəzər dənizinin sahilində naməlum kişi meyiti tapılıb.

Məlumata görə, hazırda müvafiq dövlət komissiyası tərəfindən cəsədin ötən ilin dekabr ayının 15-də güclü külək zamanı estakadanın dənizə uçması nəticəsində itkin düşmüş neftçilərdən birinə mənsub olması ehtimalı araşdırılmağa başlanılıb.

Hazırda cəsəd Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi Yasamal şöbəsinə aparılır.

Şərhlər

XƏBƏR LENTİ