SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İki il qabaq asfaltlanmış yol İŞİD işğalındakı İdlibə çevrilib

İki il qabaq asfaltlanmış yol İŞİD işğalındakı İdlibə çevrilib

Tarix:

16-01-2018, 13:52

/ 1 722 dəfə oxundu.
İki il qabaq asfaltlanmış yol İŞİD işğalındakı İdlibə çevrilib

Qazax şair-yazıçısı Abay Kunanbayev adını daşıyan küçənin yollarını gəlib görəydi, bu mənzərəyə bir şeir ithaf edərdi.
AzEuroNews.com-un əməkdaşının verdiyi məlumata görə, Bakının 7-ci mikrorayon ərazisindəki A.Kunanbayev küçəsinin yolları Suriyanın İŞİD tərəfindən işğal edilmiş İdlib şəhərinə oxşayır.
Bu yolun yarısı asfaltlanmış, qalan hissəsi yamaq-yamaq, çala-çuxur idi. Yəni, sürücülər hər bu yoldan keçəndə cənnətlə cəhənnəmi eyni anda yaşayırdılar.
İndisə tamamilə cəhənnəmə dönən bu yolu qazıb töküblər, darmadağın ediblər və eləcə buraxıb gediblər.
Sürücülər bilmirlər ki, bu yolu Binəqədi Rayon İcra Hakimiyyəti yoxsa Azərbaycan Avtomobil Yolları Agentliyi bərbad günə salıb.
Ancaq yolu asfaltlamaq məqsədi ilə qazanlar tüklərini də tərpətmirlər ki, bir iş görsünlər.
“Xaləddin İsgəndərov indi öz canının hayındadır. Fazil Məmmədovdan gedəndən sonra onun stulu laxlayıb.
Bu dəqiqə oturub, sərəncam verilməsini gözləyir. Ona görə bu yol başdı başına qalıb. Ara yerdə biz əziyyət çəkirik”, – deyə sürücü Malik Tağıyev deyir.
Sürücü Fərrux Süleymanov deyir ki, bu yol “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən təmir olunacaq:
“Amma bir tez təmir eləsinlər, canımız qurtarsın. Hər gün işgəncə çəkirik. Axı maşınlar da heyfdir, dağılırlar?!”
Dövlət Agentliyi rəsmi məlumatda bildirib ki, küçənin uzunluğu 1,8 km, eni isə ortalama 9 m təşkil edir. Küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.
Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır.
Daha sonra yolun hərəkət hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.İki il əvvəl təmir olunaraq istifadəyə verilən Binəqədi rayonu Abay Kunanbayev küçəsində yenidən təmir işləri başlanılıb.
Uzun illər yolun bərbad vəziyyətdə olması bütün ölkə mətbuatının gündəmində idi. Dəfələrlə biz də saytımızda sakinlərin şikayəti əsasında sözügedən yolun vəziyyətini işıqlandırmışdıq.
Binəqədi rayon İcra Hakimiyyəti təmirin onların səlahiyyətində olmadığını deyir, problemi həll etməkdən boyun qaçırırdı.
Nəhayət, illərdir gölə çevrilmiş yol 2015-ci il sentyabr ayında təmir edildi. Yolda təmir işləri ümumilikdə küçənin 700 metrlik hissəsində aparıldı.
Zəruri olan yerlərdə yol yatağı bərkidildi, küçənin 6300 kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşəndi.
Təmirdən sonra küçə tam yeni görkəm almışdı. Bu müddət ərzində yolun təmir edilmiş hissəsində hər hansı çökmə-dağılma müşahidə edilməyib.
Bu günlərdə isə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən adıçəkilən küçədə yenidən təmir işlərinı başlanılıb.
İki il əvvəl çəkilmiş asfalt örtük qaşınıb. Yən, 2 ilə yollar bərbad günə düşüb, ayrılan pullar da mənimsənilib…
İki il qabaq asfaltlanmış yol İŞİD işğalındakı İdlibə çevrilib
İki il qabaq asfaltlanmış yol İŞİD işğalındakı İdlibə çevrilib
İki il qabaq asfaltlanmış yol İŞİD işğalındakı İdlibə çevrilib
İki il qabaq asfaltlanmış yol İŞİD işğalındakı İdlibə çevrilib

Şərhlər

XƏBƏR LENTİ