SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İlham Əliyev bu nazirliyin strukturunu dəyişdirdi

İlham Əliyev bu nazirliyin strukturunu dəyişdirdi

Tarix:

13-01-2018, 12:38

/ 1 582 dəfə oxundu.
İlham Əliyev bu nazirliyin strukturunu dəyişdirdi

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, Nazirliyin strukturuna aşağıdakı qurumlar daxil edilib:

1. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatı (şöbələr və sektorlar).

2. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti.

3. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi.

4. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi.

5. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti.

6. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu.

Şərhlər

XƏBƏR LENTİ