yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ləki-Qəbələ dəmiryolu: Qeyri-rentabelli layihə kimin marağındadır? - İTTİHAM

Ləki-Qəbələ dəmiryolu: Qeyri-rentabelli layihə kimin marağındadır? - İTTİHAM
12-01-2018, 12:57 107 dəfə baxılıb

Azərbaycanda Ləki-Qəbələ dəmiryolunun çəkilişi nəzərdə tutulur. Məhz bu yolun tikintisilə Qəbələyə turist axınının çoxalacağı iddia edilir.

Lakin müstəqil ekspertlər sözügedən dəmiryolunun iqtisadi və turizm baxımından rentabelli olmayacağı qənaətindədir.

Belə ki, açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Ləki-Qəbələ dəmiryolu iqtisadi və turizm baxımından gəlir gətirəcək layihə sayıla bilməz. Onun sözlərinə görə, bu layihə sadəcə, müəyyən qrupların maraqlarına cavab verdiyindən gündəmə gəlib:
“Ümumiyyətlə, Azərbaycan kimi ərazicə kiçik ölkələrdə daxili yol şəbəkəsindən söhbət gedirsə, dəmiryolu xətlərinə yatırım etmək o qədər də doğru yanaşma deyil. Çünki avtomobil yollarının sürətinin yüksək olması və bu yollar vasitəsilə mənzil başına daha tez və komfortlu çatmağın mümkün olduğu bir şəraitdə dəmiryolu heç zaman rentabelli olmur. Bakıdan Qəbələyə 210 km-dir. Avtomobillə ora təxminən 2 saat yarıma çatmaq mümkündür. Bakıdan Şamaxıya qədər olan yol da artıq sürət magistralı yoluna uyğun qurulub. Bu da Qəbələyə qədər olan yolun demək olar ki, yarısıdır. Belə bir vəziyyətdə dəmiryolu vasitəsilə turizmin inkişaf edəcəyini söyləmək ən azından məntiqsizdir. Ona görə ki, vaxt etibarı ilə dəmiryolu daha artıq zaman aparacaq. Belə olan halda xarici turist daha artıq vaxtını qatarda keçirtməyə sərf etməz. Çünki qatarda itiriləcək vaxt ərzində həm mənzil başına çatmaq, həm oteldə yerləşmək, sonra da gəzintiyə çıxmaq olar. Bu səbəbdən də Ləki-Qəbələ dəmiryolu xətti iqtisadi rentabelli yol deyil. Sadəcə olaraq, neftin qiymətinin artması fonunda ölkəyə əlavə vəsaitlər gəlib. Neftin qiyməti artan kimi də hökumətdə belə meqalayihələrə maraq yaranır. Bu fonda büdcə artan kimi həmin maraq qruplarının iştahı çoxalır və ayrılan vəsaitin bir hissəsi onlar tərəfindən mənimsənilir”.

Yenicag.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Qeyri rentabelli, maragindadir, layihe, Leki Qebele, demiryolu, kimin, , TTHAM
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ