SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qar yağacaq, temperatur 4-6 dərəcə düşəcək - Xəbərdarlıq

Qar yağacaq, temperatur 4-6 dərəcə düşəcək - Xəbərdarlıq

Tarix:

8-01-2018, 13:15

/ 1 421 dəfə oxundu.
Qar yağacaq, temperatur 4-6 dərəcə düşəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında yanvarın 09-u axşamdan 10-u gündüzədək hava şəraitinin qeyri-sabit olacağı, arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, Azərbaycanın rayonlarında yanvarın 09-u axşamdan 11-i səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.

Şərhlər

XƏBƏR LENTİ