SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Biləcəri Dəmiryol Xəstəxanasının labaratoriya şöbəsinin işdən azad olunan əməkdaşları kimə müraciət etsinlər?

Biləcəri Dəmiryol Xəstəxanasının labaratoriya şöbəsinin işdən azad olunan əməkdaşları kimə müraciət etsinlər?

Tarix:

4-01-2018, 14:13

/ 6 404 dəfə oxundu.
Biləcəri Dəmiryol Xəstəxanasının labaratoriya şöbəsinin işdən azad olunan əməkdaşları kimə müraciət etsinlər?

Keçən ilin iyun və iyul aylarında Biləcəri Dəmiryol Xəstəxanasınınlabaratoriya şöbəsinin işçiləri kütləvi surətdə işdən azad olunub. 2017 ci ilin 5 ayı ərzində qanunsuz işdən çıxarılan həkim və lobarantlar dəfələrlə baş həkim Müşviq Mİrzəyevə müraciət etsələrdə baş həkim bir mənalı müraciətləri rədd edərək, işdən qovulmaqlarının səbəbini açıqlaya bilməyib. Millət vəkili, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun bir mənalı əmri olduğunu vurğulayan baş həkim işdən qovduğu işçilərə "gedin hara istəsəniz deyin" deyərək onları 5 aydan artıqdır xəstəxananın ərazisinə buraxmır.

İşdən qanunsuz çıxarılanların bəzilərinin məktublarından çıxarışları Sizlərə təqdim edirik;

20 ildir adı çəkilən xəstəxanada labarant vəzifəsində çalışan Qubadlı rayonundan qaçqın düşmüş Sima Atakişi qızı İsgəndərova qızı 3 uşaq anası, həyat yoldaşını itirmiş, Qarabağ müharibə iştirakçısı, Müharibə vetranı bu il iyul ayının 1 də M.Mirzəyev tərəfindən qeyri qanuni olaraq işdən azad edilmişdir. S. İsgəndərovaya xəstəxanın kadrlar şöbəsinin rəhbəri Flora Axundova hansına kağıza qol çəkməyini istəsədə Sima xanım imtina edib. Baş həkimin qəbulunda olan 3 uşaq anası Sima İsgəndərova işdən çıxarmağın səbəbini soruşanda Müşviq həkim xəsətxana pullu xidmətə keçdiyi üçün ştatların ləğv olunduğunu bildirib. Baş həkim S. İsgəndərova qol çəksəndə çəkməsəndə onsuzda işdən azadsan deyib qışqırır. 59 yaşında 20 il iş stajı olan bir işçinin belə bir qanunsuz işdən qovlanması hansı qanunauyğunluqdur? Əli hər şeydən üzülən S. İsgəndərova bu haqsız qərarı anlaya bilməyərək bizə müraciət edib.
Eyni xəsətxananın bakterioloq həkim Südabə Xəlilova da baş həkim Müşviq Mirzəyev tərəfindən kadrlar şöbəsinin rəhbəri tərəfindən hansısa kağıza qol çəkdirilib. 25 ilin həkimi baş həkimin qəbuluna girərək ailədə yeganə işdəyən şəxs olduğunu, həyat yoldaşı və oğlunun olmadığını bildirəndə Müşviq Mirzəyev Südabə xanım get özünə iş axtar deyib gülümsəyib. S. Xəlilova baş həkimə işə çox ehtiyacı olduğu üçün yalvarsada baş həkim ona qapını görsədərək işdən azadsan get deyib otaqdan qovub.
5 il xəsətxananın biokimya həkimi olan Günel Zeynalova kadrlar şöbəsinə dəvət olunaraq ştat ləğv olunub deyə məcburi çəkildə kağıza qol çəkdirilərək işdən azad olunub. Baş həkim isə eyni sözü söyləyərək gedin kimə istəsəniz şikayət edin mənlik deyil əmir belədir deyib.
20 ildən çox xəstəxanada çalışan, Rəhilə Əliyeva (keçmiş şöbə müdiri) sonra həkim lobarant vəzifəsindən azad olunub.
25 il həkim işləmiş Nazilə Əzimovanın da başına eyni məsələ baş həkim və kadrlar şöbəsi tərəfindən gətirilib. Bu günə kimi işdən çıxarılmasının səbəbini axtarır.
Ümumilikdə tək laboratoruya şöbəsindən 4 həkim və 5 laborant qeyri qanuni məcburi şəkildə, təziq göstərilərək işdən azad olunub. Halbuki işdən çıxarılanlardan başqa köhnə və təzə işçilər hazırda işlərindədirlər. Necə deyərlər iş davam edir...

Biləcəri Dəmiryol Xəstəxanasının bəzi işçiləri niyə işdən azad edildi..

Laboratoriyanın şöbə müdiri müəllim ixtisası olan Rübabə Məhəmməd qızı Quliyeva ona sərf etməyən həkim və lobarantların adlarını siyahıya alaraq onların işdən çıxmasına fərman verən baş həkimə verib. Baş həkimlə laboratoriya müdirinin iş birliyi işçilərin başında çatlayır.
Laboratoriya şöbəsində isə bütün xəsətlərin analizləri Yasamal rayonunda yerləşən "Medi Plus" tibb mərkəzində yoxlanılır. R. Quliyeva şöbədə bir gün ərzində 60-80 xəstənin qan analizini özəl tibb mərkəzinə göndərir. Şöbədə isə gün ərzində 5 xəstə qanı analizi həyata keçirilir. Beləliklə gün ərzində 1500, 2500 azn pul yığılan tək laboratoriya şöbəsində heç bir madiyyat çatışmazlığından söhbət gedə bilməz.
"Medi Plus" tibb mərkəzinin sahibi olan Rübabə Quliyeva burdan tutduğu qan analizlərini həyat yoldaşı və oğlunun nəzarətində olan özəl məkanda yoxladıb pulları mənimsəyir. Laboratoriyada isə ancaq necə deyərlər klent tutur. Burda çalışan həkim və laborantlarsa gündə ən çox 5 cə xəstənin analizini yoxlamağa məcburdular.
Deyilənə görə 2 saylı Biləcəri Dəmiryol Xəstəxanasında bu minvaldan 300 nəfərə yaxın işçi baş həkim Müşviq Mirzəyev tərəfindən tutduqları vəzifədən kənarlaşdırılmışdır.
Yerlərinə isə yeni əməkdaşlar cəlb olunub. Xəstəxana sahibi olan M. Mirzəyev isə işdən azad olunanların “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun əmri olduğunu deyir. Millət vəkili olan C. Qurbanovun bu məsələdən xəbəsiz olduğu mətbuatda yayılıb. Biz inanmırıq ki, Qaygıkeş, diqqətli, səmimi və öz işinin öhdəsindən layiqincə gələn Hörmətli Cavid Qurbanov öz ədalətli qərarını verəcək. Baş həkim tərəfindən gedən kütləvi azad etmə və yeniləri ilə əvəzlənmə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrindən bu məsələlər məharətlə gizlədilir.
Bu gün ölkədə dövət başısının işsizlik probleminin həll olunmasına göstərilən xidmətlərinə baxmayaraq, M.Mirzəyev kimilər işçiləri işdən qovur....
Dünya Azərbaycanlılarının Həmrəylik günü, yeni il münasibətilə Azərbaycan Respublikası Səhiyyə Naziri cənab Oqtay Şirəliyevi, Mİllət vəkili, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovu 4 cü hakimiyyət nümayəndələri adından təbrik edir və 2 saylı Biləcəri Dəmiryol Xəstəxanasının baş həkimi Müşviq Mirzəyevin qanunsuz əmələrinə öz münasibətlərini bildirməyi xahiş edirik.
Biz 2017 ildə kütləvi surətdə işdən azad olunan bu gün isə haqsız yerə işsiz qalan övladlarının 18 yaşı tamam olmayan və ya ailədə tək işləyən şəxs olduqlarını nəzərə alıb, bu qanunsuz əməlləri törədən baş həkimin mövqeyini öyrənməyə hazırıq.

Azpress.Tv

Şərhlər

XƏBƏR LENTİ