SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sabahdan beş günlük tətil başlayır

Sabahdan beş günlük tətil başlayır

Tarix:

29-12-2017, 11:14

/ 1 415 dəfə oxundu.
Sabahdan beş günlük tətil başlayır

Sabahdan - dekabrın 30-dan Azərbaycanda beş günlük tətil başlayır.

Bu ilin dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, 2018-ci ilin yanvarın 1-də və 2-də Yeni il bayramı ilə əlaqədar iş olmayacaq.

Dekabrın 31-i bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, növbəti iş günü, yəni yanvarın 3-ü də qeyri-iş günü hesab ediləcək.

Dekabrın 30-u isə şənbə gününə təsadüf edir. Beləliklə, ölkədə beş gün - dekabrın 30-u, 31-i, yanvarın 1-i, 2-si və 3-ü iş olmayacaq.

Yanvarın 4-ü Yeni ilin və yeni iş həftəsinin ilk iş günüdür.

Şərhlər

XƏBƏR LENTİ