SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İtkin düşmüş alpinistlərin axtarışı ilə bağlı – SON VƏZİYYƏT

İtkin düşmüş alpinistlərin axtarışı ilə bağlı – SON VƏZİYYƏT

Tarix:

28-12-2017, 11:09

/ 2 111 dəfə oxundu.
İtkin düşmüş alpinistlərin axtarışı ilə bağlı – SON VƏZİYYƏT

İtkin düşmüş alpinistlərin axtarışları bu gün səhər 07:00-dan bərpa olunub.

Bunu Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının (FAİREX) alpinisti Fərid Şahbazov bildirib.

F. Şahbazovun sözlərinə görə, Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxaraq geri qayıtmamış “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyadzadə Namin Nizami oğlunun axtarışlarına FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xilasedicilər, kinoloqlar, nazirliyin Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri və FAİREX-in peşəkar alpinistləri cəlb olub.

Alpinist bildirib ki, Quba rayonu ərazisində dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarının aparılmasına könüllü qoşulmaq istəyənlər var:

“Lakin xüsusi hazırlıq keçməmiş şəxslərin həmin ərazilərə getməsi onların həyatı üçün təhlükəlidir. Bu səbəbdən həmin şəxslər əraziyə buraxılmır. Alpinistlərin qar uçqunu altında qaldığı da ehtimallar arasındadır”.

Şərhlər

XƏBƏR LENTİ