XalqXəbər.Az

“ASAN xidmət” mərkəzləri dörd gün işləməyəcək

yüklənir...
“ASAN xidmət” mərkəzləri dörd gün işləməyəcək
27-12-2017, 14:52
yüklənir...

“ASAN xidmət” mərkəzləri dörd gün işləməyəcək.

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov bildirib ki, bütün "ASAN xidmət” mərkəzlərində dekabrın 31-i, yanvarın 1, 2, 3-ü qeyri-iş günü olacaq.

Məlumata görə, yanvarın 4-dən etibarən vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri həftənin bazar ertəsi - cümə günləri, saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.