SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prezident Azəravtoyol ASC-ni ləğv etdi –Fərman

Prezident Azəravtoyol ASC-ni ləğv etdi –Fərman

Tarix:

20-12-2017, 10:37

/ 1 703 dəfə oxundu.
Prezident Azəravtoyol ASC-ni ləğv etdi –Fərman

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanına uyğun olaraq yeni fərman imzalayıb.

Fərmana əsasən, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsi” təsdiq edilib, nazirlər Kabinetinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Fərmanda “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin balansında olan əmlakın dövlət qeydiyyatına alındığı gündən bir ay müddətinə Agentliyin balansına verilməsini təmin etmək də Nazirlər Kabinetinə həvalə edilib.

Başqa sözlə desək, indiyə qədər ASC kimi fəaliyyət göstərən qurum Dövlət Agentliyinə çevrilib.

Şərhlər

XƏBƏR LENTİ