yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Nazir susur, məmurların bu klinikaları morqa dönür

Nazir susur, məmurların bu klinikaları morqa dönür
19-12-2017, 09:43 385 dəfə baxılıb

Özəl klinikalar morqa çevrilir
İl ərzində həkim səhlənkarlığından dünyasını dəyişən bir neçə vətəndaş olub.
Bu hallar ötən il də, ondan qabaqkı illərdə də baş verib, bu il də səngiməyib. Səhiyyə Nazirliyi isə özəl klinikaların işinə müdaxilə etmədiyini açıqlayır.
Guya dövlət xəstəxanaları yaxşı vəziyyətdə imiş. Özəl klinikalar isə xəstələri soğan qabığı kimi soymaq bir yana, yalnış diaqnozlar qoyurlar, ölüm hallar baş verir və bir çox hallarda həkimlər məsuliyyətə cəlb olunmurlar.
2017-ci ilin sentyabrın 10-da Bakıda, Leyla Şıxlinskayanın Klinikasında baş vermiş ana ölümü bu il özəl klinikada baş verən ilk hadisə olub. 1986-cı il təvəllüdlü Aygün Əbdürrəhmanova klinikada uşaq dünyaya gətirən zaman ölüb.
Hadisə zamanı dünyaya gələn körpənin həyatını xilas etmək mümkün olsa da, ana dünyasını dəyişib.
Özəl klinikada qeydə alınan ikinci ölüm faktı isə “Zəfəran Hospital”da baş verib. 22 yaşlı model Leyla Oruclu “Zəfəran Hospital"da iranlı həkim Siruz Qoçxani trəfindən liposaksiya (piy sovurma) əməliyyatı zamanı dünyasnı dəyişib.
Sonuncu belə hadisə isə "Grand Hospital”da vaş verən hadisədir ki, həkim səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından gözaltı damarında aparılan əməliyyat zamanı 20 yaşlı Ayşən Mirzəyeva dünyasını dəyişib.
Əməliyyatı həyata keçirən həkimin shvi səbəbindən damarı qapadacaq maddə səhvən beyinə gedib və onu oradan çıxarmaq mümkün olmayıb.
Bu da gəncin komaya düşməsinə səbəb olub. Nəticədə gənc 5 gün sonra dünyasını dəyişib.
Müğənni “Faytonçu” Nazimin (Nazim Pişyari) şikayət etdiyi “Elmed” klinikasında da ölüm hadisəsi baş verib.
Rüstəmova Məfluqə Arif qızı adlı xəstənin estetik əməliyyatdan bir neçə gün sonra dünyasını dəyişdiyi məlum olub.
Hazırda o işlə bağlı araşdırma aparılır və Binəqədi rayon Prokurorluğunda Vaqif Axundovun icraatındadır. Ötən gün isə Bakıdakı özəl klinikalardan birində növbəti ölüm hadisəsi baş verib.
Binəqədi rayonu 8-ci mikrorayon ərazisində yerləşən "Medera” klinikasında 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu əməliyyat vaxtı ölüb.
Sol çiyin nahiyəsindən əməliyyat olunan 40 yaşlı kişinin halı birdən-birə daha da pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının bildirdiyinə görə, A.Hümbətov yüngül əməliyyat zamanı həkim səhlənkarlığının qurbanı olub.
Ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
Azərbaycanda, özəlliklədə paytaxt Bakıda fəaliyyət göstərən özəl klinikaların fəaliyyəti ilə bağlı şikayətlərin, narazılıqların ardı-arası kəsilmir. Vətəndaşlar xüsusilə bu tibb müəssisələrində qiymətlərin həddən artıq yüksək olmasından, sözün həqiqi mənasında soyğunçuluğun baş alıb getməsindən, yanlış müayinə və müalicə hallarının tüğyan etməsindən gileylənirlər.
Bundan başqa, özəl klinikalarda bir sıra qanunsuzluq hallarının, əsasən də vergidən yayınma hallarının baş alıb getdiyini bilməyən yoxdur.
Bütün bunlar fonunda onlara “qaşın üstə gözün var” deyilməməsi isə təbiidir. Məsələ burasındadır ki, ölkəmizdə fəaliyyət göstərən əksər özəl tibb müəssisələrinin faktiki sahibləri vəzifəli şəxslərdir.
Məsələn, Binqədəi rayonundakı “Elmed” klinikası Cəbrayıl rayonunun sabiq icra başçısı Mahmud Quliyevə məxsusdur. Belə ki, klinikanın direktoru onun qardaşı oğlu Ramin Quliyevdir.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi işləmiş Arif Qaraşov paytaxtın Nəsimi rayonunda yerləşən “Medical Plaza”nın faktiki sahibidir.
Belə ki, klinikanın qanuni təmsilçisi Qaraşova Rəmziyə Sahib qızıdı. R.Qaraşova isə Arif Qaraşovun həyat yoldaşıdır.

Palitika.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Nazir, susur, bu, klinikalari, memurlarin, morqa, donur
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ