SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şahin Zəkizadənin ölüm xəbəri təsdiqlənmədi - YENİLƏNİB

Şahin Zəkizadənin ölüm xəbəri təsdiqlənmədi - YENİLƏNİB

Tarix:

16-02-2017, 15:18

/ 2 310 dəfə oxundu.
Şahin Zəkizadənin ölüm xəbəri təsdiqlənmədi - YENİLƏNİB

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadə vəfat etməsi xəbəri yayılıb.

Bu barədə rejissorun xanımı Səbinə Zəkizadə açıqlamasında bildirmişdi. Lakin xəbər dərc olunduqdan sonra
Səbinə xanım “qafqazinfo”ilə ikinci dəfə əlaqə saxlayaraq yanlış məlumat verdiyini bildirib. O, qeyd edib ki, bu məlumatı yayandan sonra həkimlər bildirib ki, Şahin hələ yaşayır.

"Bir neçə gün əvvəl komaya düşən tanınmış rejissor Şahin Zəkizadənin vəziyyəti ağırdır". Bu sözləri isə Azərbaycan Tibb Universitetinin Tədris terapevtik klinikasının Baş həkimi Adil Nuriyev ASAN Radioya açıqlamasında deyib.

"Şahin Zəkizadə sağdır, amma vəziyyəti çox ağırdır". Bu sözləri də açıqlamasında rejissorun həkimi Emil Qasımov bildirib.

Uzun müddətdir ki, qan xərçəngindən əziyyət çəkən Şahin Zəkizadənin həkiminin sözlərinə görə, rejissorun vəziyyəti ötən günlərə nisbətən daha da ağırlaşıb: "Bütün gücümüzlə onu həyatda saxlamağa çalışırıq, amma ümid Allahadır."

Şərhlər

XƏBƏR LENTİ