SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Azəriqaz” həbsxananın borcunu səhv hesablayıb - MƏHKƏMƏ SİLDİ

“Azəriqaz” həbsxananın borcunu səhv hesablayıb - MƏHKƏMƏ SİLDİ

Tarix:

14-12-2017, 10:56

/ 1 246 dəfə oxundu.
“Azəriqaz” həbsxananın borcunu səhv hesablayıb - MƏHKƏMƏ SİLDİ

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə müəssisəsi “Azəriqaz”a qarşı məhkəmə iddiası qaldırıb.

“Azəriqaz” bir müddət öncə cəzaçəkmə müəssisəsinə qaz borcunun yaranması ilə bağlı qəbz təqdim edib. Lakin rəhbərlik borcun düzgün hesablanmadığı qənaətinə gələrək ödəməkdən imtina ediblər.
CM rəhbərliyi borcun silinməsi üçün 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə “Azəriqaz”ın borcu səhv hesabladığı qənaətinə gələrək borcu silib.

Bundan sonra işi uduzan tərəf apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində hakim Sərvət Hüseynovun icraatında baxılıb. Bu dəfə də qərar “Azəriqaz”ın əleyhinə olub və qətnamə qüvvədə saxlanılıb.

Şərhlər

XƏBƏR LENTİ