SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “AAAF İnşaat” 30 KİV-i məhkəməyə verdi - SİYAHI

“AAAF İnşaat” 30 KİV-i məhkəməyə verdi - SİYAHI

Tarix:

14-12-2017, 10:42

/ 1 496 dəfə oxundu.
“AAAF İnşaat” 30 KİV-i məhkəməyə verdi - SİYAHI

“AAAF İnşaat” 30 media quruluşunu məhkəməyə verib. Bu barədə məlumatı “Azinforum.az” saytının baş redaktoru Məhəmmədəli Qəribli “facebook”da yazıb.
Baş redaktorun sözlərinə görə, cavabdehlərdən biri də, odur: ” Cavabdehlərdən biri də “Azinforum.az” olduğu üçün, iddia ərizəsinin bir sürəti də mənə göndərilib. Ən maraqlısı isə, Yasamal rayon məhkəməsinin bu absurd iddianı ümumiyyətlə niyə icraata götürməsi ilə bağlıdır. Çünki yayılan məlumatın doğru olmadığı iddiaçılar tərəfindən təkzib edilib və həmin mövqe məhkəməyə verilən əksər saytlar tərəfindən yerləşdirilib.
İkincisi isə, həmin şirkət məlumatın ilkin mənbəyi olan şaytla məsələsini hüquq müstəvisində aydınlaşdıra və ordan əldə olunan qərarın sürətini dərc olunaması üçün digər saytlara göndərilə bilərdi”.
M.Qəribli bildirib ki, bu iddianın hüquqi perspektivi yoxdur: “Məhkəmə prosesilə bağlı zərrə qədər də narahatçılığımın olmadığını bildirirəm. Məsələnin digər aspektləri maraqlı olduğu üçün onlara toxunmaq istəyirəm. Adətən iri şirkətlər media ilə məhkəmə çəkişməsindən maraqlı olmurlar. Xüsusilə də “AAAF”-ın işlərinin hazırkı mərhələdə rəvan getmədiyini nəzərə alsaq, onda sual yaranır: sözügedən şirkət əsası olmadan 30 yaxın media orqanına qarşı “səlib yürüşü” etməklə nə qazanmaq istəyir? Digər qanunsuzluq isə məhkəmənin aidiyyəti üzrə işə baxmaması ilə bağlıdır. Şəxsən bizim saytın yerləşdiyi hüquqi ünvan Xətai rayonu ərazisindədir. Cavdeh kimi mən nəzərdə tutulurumsa, mənim də qeydiyyatım Yasamal rayonuna deyil.
Onda işə niyə Yasamalda baxılmalıdır? Deyəsən, son zamanlar media ilə münasibətlərin aydınlaşdırılmasında hansı iddiaçının hansı rayonda yaxşı hakim dostu varsa, şikayəti məhz həmin rayona ünvanlayır. Ən böyük qanunsuzluq isə iddia ərizəsinin sürətinin mənim iş yerimə deyil, yaşadığım ünvana göndərilməsidir. Bu nə bibaırçılıqdır? Əgər mənim harda yaşadığımı dəqiq bilirsinizsə, onda niyə iddianı aidiyyəti rayon üzrə vermirsiniz? Digər tərəfdən, bəlkə mən heç istəmirəm ki, evdəkilər məhkəməyə verildiyimdən xəbər tutsunlar. Bu məsələyə mənim ailəmin nə aidiyyəti var? Bütün bunlar hüquq adını əsas tutaraq, məhkəmələrin yol verdiyi rəzalətin bir hissəsidir. Təəssüf…”.
Baş redaktor sonda bu işə görə cavabdeh tərəflərin susqunluq nümayiş etdirməsindən də şikayətlənib: ” Məhkəməyə verilən saytların susqun, seyrçi mövqedə durmağı da olduqca maraqlıdır. Məndə siyahı var, ora baxıb görürəm ki, cavdeh kimi göstərilən saytların çoxu nədənsə səsini çıxarmır. Dəyərli həmkarlar, biz düz ola-ola, xirtdəyə kimi problemin içində olan bir şirkətin əsassız iddiasından niyə belə qorxmalıyıq?”.
“AAAF İnşaat” 30 KİV-i məhkəməyə verdi - SİYAHI
“AAAF İnşaat” 30 KİV-i məhkəməyə verdi - SİYAHI
“AAAF İnşaat” 30 KİV-i məhkəməyə verdi - SİYAHI
“AAAF İnşaat” 30 KİV-i məhkəməyə verdi - SİYAHI

Şərhlər

XƏBƏR LENTİ