SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Binə”də arayış biznesi: Çin yolunu açmaq üçün 100 manat

“Binə”də arayış biznesi: Çin yolunu açmaq üçün 100 manat

Tarix:

13-12-2017, 14:58

/ 1 939 dəfə oxundu.
“Binə”də arayış biznesi: Çin yolunu açmaq üçün 100 manat

"Binə" Ticarət Mərkəzində yenidən narazılıq var. Bir qrup sahibkarın Cebhe.info-ya verdiyi açıqlamaya görə, məsələ Çin səfirliyinin iş adamlarına viza verməsi üçün arayış tələbindən sonra ortaya çıxıb.
Sahibkarlar bildirib ki, Çin səfirliyinin tələb etdiyi arayış iş adamının hansı ticarət mərkəzində çalışmasının təsdiqi üçündür: “Təbii ki, “Binə” Ticarət Mərkəzində çalışan iş adamı sözügedən arayışı elə ticarət mərkəzinin özündən almalıdır. Bundan istifadə edən ticarət mərkəzinin rəhbərliyi özünə “arayış biznesi” qurub. Arayışın qiyməti nə az, nə çox 100 manatdır. Sənəddə qeyd olunur ki, sahibkar doğrudan da “Binə” Ticarət Mərkəzində filan nömrəli dükanda fəaliyyət göstərir. 3-4 kəlmə sözü 1 kağıza yazıb 100 manata satırlar”.
Ticarətçilər artıq sahibkarlardan bir neçəsinin sözügedən arayışı 100 manata aldığını da iddia edir: “ “Binə” Ticarət Mərkəzində minlərlə iş adamı çalışır. Onların da təxminən yarıdan çoxu Çinə gedib-gəlir. Onsuz da gömrük xərcləri, icarə haqqı, kommunal xidmət , vergi, mühafizə və digər əlavə xərclər kifayət qədərdir. Əhalinin alıcılıq qabiliyyəti də yoxdur ki, xərcləri kompensasiya edək. Bir sözlə, vəziyyət çox pisdir. Qoy xəbərdar olsunlar ki, sahibkarların başına hansı oyunlar gətirilir”.

Cebhe.info

Şərhlər

XƏBƏR LENTİ