SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şuşa RİH başçısına məxsus restoranın icarəçisi fəhlələrin pulunu ödəməkdən imtina edir...

Şuşa RİH başçısına məxsus restoranın icarəçisi fəhlələrin pulunu ödəməkdən imtina edir...

Tarix:

12-12-2017, 16:21

/ 1 684 dəfə oxundu.
Şuşa RİH başçısına məxsus restoranın icarəçisi fəhlələrin pulunu ödəməkdən imtina edir...

Xatırladaq ki keçən yazımızda qedy etdiyimiz kimi, Şuşa Rayon İcra Hakimiyyətinin başçısına məxsuz olduğu iddia edilən və onun addından vətəndaşın haqqını ödəməmək üçün həddə-qorxu gələn şəxslərin olması ilə bağlı məlumat vermişdik. Şuşa RİH-nın başçısı Bayram Səfərovla əlaqə saxladıqdan sonra Xətai rayon 34-cü polis bölməsinin rəisi olan oğlu Xəlil Səfərovun yanına şikayətçinin getməsini məsələsinin həll ediləcəyi sözünü verməsindən artıq 28 gün keçir. Xəlil səfərovun qəbulunda olan şikayətçi Həsən Xəlilov başına gələnləri X.Səfərova danışdıqdan sonra məsələni həl ediləcəyi sözü verilməsinə baxmayaraq bu günə qədər H.Xəlilova verilməli olan 4200 manat məbləğində verəcək verilməyib. Mediaya üzərində apardığımız araşdırmalarda göstərir ki, icra başçılarına məxsus obyektlərdə bu cür hadisələr mütəmaddi olaraq cərəyan etməkdədir. Görünən odur ki, Bayram Səfərov verdiyi sözün arxasında dura bilmədi və vətəndaşın hüquqlarını bərqərar etməkdən daşındı. Qeyd etmək lazımdır ki, məhz “Leyla PALACE” restoranının Səfərovlara məxsus olmasını inkar edən sadəcə icarəçi qismində adı çəkilən Əfqandır. Bayram səfərovun oğlu isə həmin restoranın onlara məxsus olduğunu qeyd etməklə yanaşı həmçinində Əfqan adlı şəxsə icarəyə verdiyinidə etiraf edib. Vətəndaş H.Xəlilov Prezident İlham Əliyev cənablarına məxsus olan “PREZİDENT.AZ” saytına ünvanladığı şikayət məktubunda olduğu kimi sizə təqdim edirik.
“LEYLA PALACE-də Əfqan adlı şəxslə öncədən danışığımız Böyük zala gəlin bəy dekoru 8000azn, kiçik zala gəlin bəy dekoru 2000 azn, Pilləkənlərə arka dekoru 1100azn qiymətə olub.Ümumi bu işlərin müqabilində məndə jest olaraq 30 metr qırmızı xalça, 18 ədəd dəmir dirəklər və pilləkənin bəzədilməsini hədiyyə etmişə İlkin olaraq mənə 6900 azn pul ödədilər və qalan məbləğidə iş gedə gedə ödəyəcəylərini bildirdilər.Pilləkənə aid dekoru tamamladım.Daha sonra böyük zala keçdim və dekoru 15 gün ərzində tamamladım və iş getdikcə Əfqan adlı şəxs gəlib baxırdı işimizə.Əfqan bəydən ödəniş məbləğinnən 2000azn istədim və Əfqan bəy pulun 2-3 günə olacağını dedi.Məcbur qalıb dostuma ağız açdım və oda mənə 2000azn başqasınnan alıb verdi.Dekoru güllərlə bəzədikdə Əfqan bəyə güllərin rəngini göstərdim və bəyəndi. Böyük zalın dekoru hazır olduqdan sonra Əfqan bəyin otağına daxil olub əlavə ödəniş eləməsini xahiş elədim.Əfqan bəy cavabında dekoru sök apar pulumuda qaytar dedi. Mən bunun mümkün olmadığını və bu qədər işlərə pul xərclədiyimi dedim.Sonda Əfqan bəy mənə böyük zalın dekorunu kiçik zala yerləşdirməyimi tələb elədi.Elədə elədik böyük zalın dekorunu kiçik zala yerləşdirdik.Xeyli sayda ölçü dəyişdi və güllərdən çıxartmalı olduq.Qeyd eliyim ki kiçik zalında dekorlarının materialları hazırdı.Sonra Əfqan bəy digər dekorlarıda gətirməyimi tələb elədi və ödənişi sonra hesablaşacağını dedi.Xalça, 18 ədəd dəmir dirəkləri və bəy gəlin üçün oturacağlarıda gətirdim.Əfqan bəy sonda mənə heç bir ödəniş etməyəcəyini hələ üstəlik mənim ona 2000azn verməli olduğumu üstümə qışqırarağ dedi.Əfqan bəyin fikrincə kiçik zalı 2000azn danışmışıq və böyük zal dekoru yığılmıyıb.Amma Əfqan bəy bilmirmi ki biz böyük zal üçün yığdığımız dekoru kiçik zala daşımışıq və üstəlik 2 qat iş görmüşüy.Hər dəfəsində Əfqan bəylə pul məsələsi açılanda məni 34-cü bölməylə hədələyirdi.Dəfələrlə mənə səni heroinlə tutduraram.Birdəfəsində dahada irəli gedib səni güllələtdirərəm dedi.Məndə heç kimim olmadığınnan dəfələrlə polislə hədələsədə heç bir quruma müraciət eləmədim.Hal-hazırda Əfqan bəyin mənə 4200 azn borcu var və ödəmir.Çünki özünə və arxasına güvənir.Amma mən çıxılmaz vəziyyətdəyəm 26 yaşım var intihar dərəcəsinə çatmışam.Çünki başqa çıxış yolum yoxdu.Əfqan bəy üçün 4200 azn kiçik bir məbləğ sayılır amma mənimçün mənim 1 illik ailə saxlamağıma yetəcəy məbləğdir. Hal hazırda dekor işlərini görməy üçün müəyyə mağazalara və şəxslərə borcum var, və onlarda haqlı olaraq borclarını tələb edirlər.Borcu olduqlarım şəxslərdən biri məni polisə verib pulunu tələb edir.Mən bir gənc olaraq həyatdan bezmişəm çünki hər gün zəng gəlir və mən borcumu verə bilmirəm.Bezmişəm artıq əgər mənim heç kimim yoxdusa mən Əfqan bəyin və ya onun kimi şəxslərin qarşısında niyə görə sıxılmalıyam çəkinməliyəm.Dekor işlərini görərkən eşidirdimki bura Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram müəllimin obyektidir.34 cü bölmənin rəisi isə Bayram müəllimin oğlu Xəlil Səfərovdur. Mən sayta müraciət elədim şikayətimi yerləşdirdilər və Bayram müəllimlə əlaqə saxladılar.Bayram müəllim işin həll olacağını və oğlu Xəlil müəllimin yanına getməyimi məsləhət gördü.2 gün sonra Əfqan bəyin məni hədələdiyi həmin 34-cü bölməyə getdim və şəxsən Xəlil müəllimin qəbulunda oldum.Məni xoş qarşıladı və şikayətimi dinlədi.Bir həftə ərzində işin həll ediləcəyini bildirdi.Daha sonra iş üzrə tədqiqatçıyla görüşdük və heç bir nəticə olmadığını onlarlıq bir məsələnin olmadığını bildirdi.Atamda Əfqan bəyin yanına getmişdi və xoş qarşılanmamışdı.İndi heç bir çıxış yolum yoxdu.Əgər bu dünyada mənə heç bir qapı açılmırsa bu həyatda mənasız yaşamağında heç bir əsası yoxdu. İndi dərk edirəm ki Əfqan bəy məni hədələyəndə kimlərə və niyə güvənib.Cənab prezidentimiz İlham Əliyev cənablarına məktub ünvanlamışam.Əminəm ki bu işdə mənə köməy ola biləcək yeganə qüvvə cənab İlham Əliyev və ailəsidir.”

P.S. Sonda qeyd eləməy istəyirik ki, Əfqan bəylə telefon zəngimiz oldu məsələyə çox laqeyd şəkildə yanaşan Əfqan bəy kimə şikayət eliyir eləsin dedi. Əfqan bəyin biznəndə danışığınan görünür ki, özünü yüksəklərdən görən və güvəndiyi dağların uca olduğunu zənn edən Əfqan bəy diyəsən “Leyla PALACE”-də icarəçi olduğunu unutmaqdadır.

Bakunews.az

Şərhlər

XƏBƏR LENTİ